Böyük Britaniya səfirliyi Azərbaycana səfərlə bağlı XİN-in tövsiyələrinə aydınlıq gətirib
Bakı/13.05.19/Turan: "UEFA Avropa Liqasının 2019-cu il mayın 29-da Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycana aid yaydığı səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur", - Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Leyla Abdullayevanın şərhində deyilir.
L.Abdullayeva bildirib ki, Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub, Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir.
Bu sırada Birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəylik Oyunları, illik əsasda keçirilən Formula 1 Bakı Qran Prisi və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə Qarabağ-Çelsi futbol oyunu qeyd oluna bilər.
Şərhdə həmçinin vurğulanır ki, idman yarışlarını izləmək məqsədilə gələn çoxsaylı əcnəbi Azərbaycanda ictimai asayişin təmin olunması, mövcud olan sabitlik və təhlükəsizlik mühiti və bu kimi böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qaldıqlarını bildirib.
"Azərbaycan, həm də turizm ölkəsidir və hər il ölkəyə çoxsaylı əcnəbi turist gəlirlər, ölkənin malik olduğu digər müsbət xüsusiyyətləri ilə birgə Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır", L.Abdullayeva qeyd edib.
Öz növbəsində, Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən Turan-a bildiriblər ki, Azərbaycan mətbuatında yayılan şərhdən təəccübləniblər.
"Böyük Britaniya səfirliyi ona görə təəccüblənib ki, Azərbaycan mətbuatında istinad edilən səyahət tövsiyəsi Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında daim olub. Mətbuatın istinad etdiyi sitatlar da artıq bir neçə ildir ki, oarada mövcuddur. Səyahət tövsiyəsi müzakirə predmeti deyil və Böyük Britaniya vətəndaşlarının qayğısına qalmaq üçün hökumətin üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi üçün diqqətlə yazılmış sənəddir. Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən səyahət tövsiyəsi bu il mayın 1-də yenilənib. Amma həmin yenilənmə yalnız texniki-loqistik xarakter daşıyıb və bəzi faktları özündə əks etdirir. Məsələn, yenilənmə yeni İstanbul aeroportu ilə bağlı olub, səfirlikdən deyiblər.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qeyd edir ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi səyahət tövsiyələrində istifadə etdiyi üslub diqqətlə seçilib, balanslaşdırılıb və faktlara əsaslanır.
"Məsələn, Dağlıq Qarabağ ifadəsindən istifadə zamanı Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü və suverenlyinə hörmət edilib", səfirlikdən deyiblər.
UEFA Çempionlar Liqası çərçivəsində final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Finalda Böyük Britaniyanın "Arsenal" və "Çelsi" komandaları qarşılaşacaq.
Bakı Olimpiya Stadionu 69.870 tamaşaçı tutur, UEFA, FİFA-nın beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib. Stsdionun tikintisi 2015-də tamamlanıb.
Stadiondan Bakı-2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilib. Stadionda UEFA-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsi keçiriləcək.
Bu il mayın 29-da isə UEFA Avropa Liqasının finalına ev sahibliyi edəcək.-0-
-
- Maliyyə
- 13 May 2019 12:22
Siyasət
-
Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “III Respublika Platforması”nın (ResPlatforma) spikeri Akif Qurbanov ailəsinə məxsus əmlaka həbs qoyulması ilə bağlı açıqlama yayıb. Açıqlama Qurbanova məxsus olduğu bildirilən facebook səhifəsində dərc edilib.
-
Türkiyə və bir sıra Avropa ölkələri yenidən Şahdəniz Alfa platformasından qaz almağa başlayıb. Xəzər dənizində yerləşən Şahdəniz yatağının operatoru 6-18 yanvar tarixlərindəki fors-major vəziyyətinə səbəb olan problemləri həll etdikdən sonra bu hasilat platformasında işləri bərpa edib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov həbs cəzası çəkdiyi 7 saylı penitensiar müəssisədə aclıq elan edib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatında deyilir. Aclığa səbəb Əhmədovun karserə salınmasıdır.
-
Yanvarın 19-da Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko və Avropa İttifaqı ölkələrinin səfirləri faciəvi hadisələrin 35-ci ildönümündə "Qara yanvar" qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:50
- 321
Rəy yaz