�Cənub Qaz Dəhlizi� üzrə Məşvərət Şurasının iclası
Bakı/15.02.18/Turan: Fevralın 15-də Bakıda "Cənub Qaz Dəhlizi" üzrə Məşvərət Şurasının növbəti iclası açılıb.
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, habelə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri, həmçinin Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefkoviç iştirak edir.
"Cənub Qaz Dəhlizi" Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin genişləndirilməsini, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və onun Avropaya qədər uzadılmasını (TAP) nəzərdə tutur.
Layihənin nəzərdə tutulan uzunluğu 3500 kilometrdir. Layihənin əsas məqsədi Avropaya qaz nəqlinin təhlükəsizliyini artırmaqdan, qaz tədarükçüsü kimi Rusiyanın payını azaltmaqdan ibarətdir. Layihənin bəyan edilmiş dəyəri 45 milyard dollardır.
Bu layihənin tam həcmdə həyata keçirilməsi Türkmənistan və İranın qaz tədarükçüsü kimi ona qoşulmasını nəzərdə tutur. Bəzi mənbələrin məlumatına görə, Rusiyanın Qazprom şirkəti də CQD infrastrukturu ilə Avropaya qaz nəqlinə iddia edə bilər.
Azərbaycanın Xəzərin dibinin və mübahisəli neft yataqlarının bölünməsi məsələsinin razılaşdırılmasında yaxınlaşdığı Türkmənistan da layihəyə açıq-aşkar maraq göstərir.
İlk qaz nəqlinin 2018-ci ildə əvvəlcə Türkiyəyə, 2019-cu ildə isə Avropaya həyata keçirilməsi planlaşdırılır. Bu zaman yeni qaz kəmərinin ilk mərhələdə buraxılış qabiliyyətinin ildə 10 mlrd. kubmetr olacağı, sonradan ildə 20 milyard kubmetrə qədər artırılacağı gözlənilir. -02D-
-
- Bazarların icmalı
- 15 Fevral 2018 10:51
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz