DİN və prokurorluq Tərtərdəki iğtişaşlar barədə (YENİLƏNİB)
DİN və Baş Prokurorluq Tərtər müvəqqəti saxlama təcridxanasında məhbus Səbuhi Dünyamalıyevin zorakılıqla ölümü barədə məlumatı təkzib edib.
Bəyanatda deyilir ki, CM-in 234.2-ci maddəsi (narkotik maddənin qanunsuz əldə edilməsi və ya saxlanması) ilə ittiham olunan Ağdam rayon sakini Səbuhi Dunyamalıyev fevralın 4-də mələfə ilə özünü asıb.
Bununla əlaqədar 100-ə yaxın adam (Ağdam rayon qaçqınları) polis bölməsinə hücum edərək qanunazidd hərkətlər törədib, ictimai asayişi kobud şəkildə pozub, inzibati binaya maddi ziyan vurub.
Görülən tədbirlər nəticəsində qanunazidd hərəkətlərin qarşısı alınıb. 8 nəfər polis işçisi müxtəlif dərəcəli xəsarət alıb.
Fakt üzrə rayon prokurorluğunda CM-in 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) və 315.1 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və zor tətbiq etmə) maddələri ilə cinayət işi qaldırılıb.
Polis bölməsinə hücum edən 6 nəfərin şəxsiyyəti müəyyənləşdirilib və saxlanılıb.
Mərhumun yaxın qohumlarının xahişi və iştirakı ilə məhkəmə-tibbi ekspertiza keçirilib və cəsəddə zorakılıq əlamətləri aşkar edilməyib.
DİN-in apardığı təhqiqat zamanı həmin gün xidmətdə olan polis əməkldaşının öz işinə səhlənkarlıqla yanaşdığı müəyyən, o, polis sıralarından xaric edilib.
Rayon prokurorluğu onun hərəkətlərinə hüquqi qiymət verəcək.
Hazırda Tərtər rayonunda vəziyyət stabildir, kriminogen durum nəzarət altındadır.-16D04-
2015 Fevral 06 (Cümə axşamı) 00:25:12
Fevralın 4-də axşamdan keçmiş Tərtərdə etiraz aksiyası keçirilib. Narazılığa polisin hərəkətləri, əsasən Ağdam sakini Dünyamalıyevin rayon polis bölməsində ölümü səbəb olub. Qohumları bildiriblər ki, mərhumun cəsədində işğəncə uzləri olub, lakin polis mərhumun özünü asdığını bildirib.
Dünyamalıyev yanvarda narkotik maddə alverində ittiham olunaraq həbs edilib. Lakin onun günahını sübut edə bilməyiblər.
Onun ölüm xəbəri rayon mərkəzində narazılıqla qarşılanıb və yüzlərlə adam mərkəzə toplaşıb. Mərhumun qohumları və yaxınları rayon polis şöbəsinin pəncərələrini sındırıblar.
Etirazçıları saxlamaq üçün rayona daxili qoşunlar gətirilib.
Hüquq-mühafizə qüvvələri və etirazçılar arasında toqquşma baş verib, xəsarət alanlar var. Yerli sakinlər bildiriblər.
Lakin Tərtər polis rəhbərliyi qarşıdurma haqda məlumatları təkzib edir.
Polis əməkdaşlarının sözlərinə görə, adamlar onlarla söhbətdən sonra dağılışıblar, Dünyamalıyev isə özünü asıb.-0-
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz