Ermənistan itkin düşənlərə dair məlumat mübadiləsini təklif edir
Əgər Ermənistan həqiqətən beynəlxalq hüquq normalarına sadiqdirsə o zaman erməni təcavüzü nəticəsində itkin düşmüş 4 mindən çox Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirməlidir.
Bu barədə Azərbaycan XİN rəsmi nümayəndəsi Hikmət Hacızadə Ermənistanın itkin düşənlərlə bağlı məlumat mübadiləsi məsələsində əməkdaşlığa hazır olması barədə bu ölkənin müdafiə nazirinin müavini David Tonoyanın bəyanatını Turan-a şərh edərkən bildirib.
Fevralın 4-də Tonoyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Sara Epprext ilə görüşündə bildirib ki, Ermənistanın Müdafiə Nazirliyi itkin düşənlərlə bağlı məlumat mübadiləsi məsələsində Azərbaycanla əməkdaşlığa hazırdır.
Hərbi Əsirlər, Girovlar və İtkin Düşənlər üzrə Dövlət Komitəsindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisində Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş 3700 nəfərin barəsində məlumat qeydə alınıb.
BQXK Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Turan-a bildirib ki, onların məlumatına görə, münaqişə nəticəsində itkin düşənlərin sayı 4500 nəfərdir. Bu rəqəmdən 800 nəfər erməni tərəfdəndir (BQXK Yerevan ofisində 400 nəfər, təxminən bu qədər də Dağlıq Qarabağda qeydiyyata alınıb).–06D-
-
- İqtisadiyyat
- 6 Fevral 2015 13:02
-
- Siyasət
- 6 Fevral 2015 13:19
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz