Açiq məmbələrdən foto.
DTX Mədəniyyət Nazirliyindəki həbslər barədə
Bakı/12.05.20/Turan: Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyindəki həbslərlə əlaqədar rəsmi məlumat yayıb.
Press-relizde deyilir, daxil olan məlumatlar əsasında aparılan araşdırmalar zamanı müəyyən edilib ki, nazir müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması və Bərpası Dövlət Xidmətinin rəisi Zakir Sultanov çoxsaylı cinayətlər törədiblər.
R.Bayramov və Z.Sultanovun evlərində aparılan axtarış zamanı onlardan aldıqları pullara dair qeydlər, müxtəlif valyutalarda pul vəsaitləri və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Z.Sultanov tarix və mədəniyyət abidələrinin bərpası, yenidən qurulması və qorunması üçün ayrılan dövlət vəsaitinin bir hissəsini sistemli şəkildə mənimsəyib.
Cinayət işi çərçivəsində mədəni irs sayılan memarlıq binalarının yenidən qurulması işlərinə icazə verilməsi zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə halları araşdırılır.
Məhkəmənin qərarı ilə hər iki nəmur 4 ay müddətinə həbs edilib.03D06-
-
- Foto sessiyalar
- 12 May 2020 15:57
-
- Sənaye
- 12 May 2020 16:39
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 180
-
- Bazarların icmalı,
- 14:22
- 187
Rəy yaz