Erməni tərəfi öz hərbçisinin əsir düşməsini təsdiqləyib
Erməni separatçılarının hərbi komandanlığı öz hərbçisinin təmas xəttində “itkin düşməsini” təsdiqləyib. Məlumat erməni təxribatçının – kəşfiyyat qrupunun üzvünün saxlanması barədə Azərbaycan Müdafiə Nazirliyinin xəbərinə cavab olaraq verilib.
“Arsen Bağdasaryanın əsir düşməsinə gəlincə, o, kontrakt üzrə hərbçi olub və dəfələrlə dislokasiya yerini özbaşına tərk edib. Buna görə də dəfələrlə xidmətdən kənarlaşdırılıb. İnsidentin detalları dədiqləşdirilir”, - separatçıların məlumatında deyilir.
Xatırladaq ki, insident Ağdam istiqamətində baş verib. Azərbaycan Silahlı Qüvvələri erməni kəşfiyyat qrupunun təxribatının qarşısını alıb. E.Bağdasaryan əsir düşüb. -02D-
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz