İ.Əliyev dini sammitin iştirakçılarını qəbul edir
Bakı/13.11.19/Turan: Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanov başçılıq etdiyi Rusiyanın qanunverici orqanlarının nümayəndələrindən ibarət nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin tərkibinə RF Federasiya Şurasının regional məsələlər üzrə komitəsinin sədri Sergey Melikov, Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidov və Dağıstan Xalq Məclisi sədrinin müşaviri Məhəmməd Qurbanov da daxildir.
Nümayəndə heyəti noyabrın 14-15-də keçiriləcək Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək üçün gəlib.
Elə bu gün dövlət başçısı sammitdə iştirak üçün gələn Misirin Nümayəndələr Palatasının birinci vitse-spikeri əl-Səid Mahmud əl-Şərifi, İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahim Türkməni və bir sıra digər ölkələrin nümayəndə heyətlərinin başçılarını qəbul edib.
Qeyd edək ki, sammit Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin 70 illik yubileyinə və bu vəzifədə fəaliyyətinin 40 illiyinə həsr olunub.
Sammitin işində beş qitədən 70 dövlətin nümayəndə heyəti, 25 ənənəvi din və dini təriqətin liderləri və nümayəndələri iştirak edəcəklər.
Sammit iştirakçıları arasında Rusiya Federasiyasının bir sıra subyektlərinin rəhbərləri və dini liderləri də var.
Sammit iştirakçıları terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofibiyaya qarşı mübarizə, qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti mövzuları ətrafında müzakirələr aparacaqlar.
Görüşün yekunlarına görə Bakı Bəyannaməsi qəbul ediləcək.
Xatırladaq ki, Dini Liderlərin Birinci Bakı Sammiti 2010-cu ildə keçirilib. -06D-
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz