Açiq məmbələrdən foto.
İmişlidə xüsusi əməliyyat və 6 rayonda məmurların həbsi
Bakı/05.05.20/Turan: Mayın 5-də Dövlət Təhlükəsizlik Xidməti İmişli rayonunda əməliyyata başlayıb. Prokurorluqdakı mənbənin verdiyi məlumata görə, DTX əməkdaşları icra hakimiyyətinin binasına daxil olaraq, binaya giriş-çıxışları bağlayıb.
Eyni zamanda, binaya gedən yollarda polis dəstələri yerləşdirilib.
Qeyri-rəsmi məlumatlara görə, rayon rəhbərliyi saxlanılıb.
Eyni zamanda, Baş Prokurorluğun mətbuat xidməti Lənkəran, Yevlax, Saatlı, Salyan, Daşkəsən və Hacıqabul rayonlarında icra hakimiyyətlərinin bir neçə nümayəndəsinin həbs edildiyini bildirib.
Saxlanılan şəxslər karantin dövründə Heydər Əliyev Fondunun imkansız şəxslər üçün ayırdığı humanitar yardımı mənimsəməkdə və saxta arayışlar verməkdə ittiham olunurlar.
Saxlanılan şəxslər barəsində sui-istifadə və vəzifə saxtakarlığı ilə bağlı cinayət işləri açılıb. -02D-
-
- Maliyyə
- 5 May 2020 12:39
Siyasət
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
-
Ağ Evin mətbuat katibi Kerolayn Livitt (Karoline Leavitt) jurnalistlərə USAID-in fəaliyyətində nəyin Tramp Administrasiyasını qane etmədiyini açıqlayıb. O, USAID-in vəsait ayırdığı proqramları sadalayıb:
-
2024-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 39 qərar qəbul edib. Həmin qərarlardan 38-də azı bir pozuntu müəyyən edilib. Yalnız 1 qərarda pozuntu müəyyən edilməyib.
-
Fevralın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan 14 ərizəçinin müraciətləri üzrə 2 qərarı açıqlayıb, bu barədə https://aihmaz.org saytında məlumat yerləşdirilib.
Rəy yaz