Karen Kazaryan 20 il azadlıqdan məhrum edilib
Bakı/27.02.19/Turan: Bu gün Gəncə Şəhər Hərbi Cinayətlər Məhkəməsi Ermənistan vətəndaşı Karen Kazaryanın barəsində hökm çıxarıb. O, Azərbaycan ərazisində təxribat və terror aktlarının hazırlanmasında təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilib. Məhkəmə orqanlarındakı mənbələrin məlumatına görə, proses qapalı rejimdə keçirilib.
Xatırladaq ki, K.Kazaryan (1984-cü ildə anadan olub) 2018-ci ilin iyulunda Qazax rayonunda əsir düşüb. Erməni tərəfi onun hərbçi olduğunu inkar edərək psixoloji cəhətdən sağlam olmadığını bildirib.
Ermənistan mənbələrinin məlumatına görə, o, Azərbaycan sərhəddinin yaxınlığındakı Berdavan kəndinin sakinidir.
Bundan öncə Bakı Yerevana Azərbaycanda saxlanılan üç erməni əsirin Ermənistan və Qarabağda saxlanılan üç azərbaycanlı əsir ilə dəyişdirilməsini təklif edib. Lakin erməni tərəfi bu təklifi qeyri-real adlandırıb.-02D-
-
- Siyasət
- 27 Fevral 2019 15:26
-
- Sosial sahə
- 27 Fevral 2019 16:04
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz