Yerevan rusiyalı deputatların Xocalı ilə bağlı bəyanatlarından narahatdır
Bakı/27.02.19/Turan: Yerevan Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən tədbirlərdə bir qrup rusiyalı deputatın iştirakından narahatlığını bildirib.
Belə ki, Moskvada səfərdə olan Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan RF Dövlət Dumasındakı çıxışında bildirib ki, Ermənistan "regionda yaranmış reallıqları nəzərə alaraq və beynəlxalq hüquq prinsipləri, əsasən xalqların özünütəyin hüququ əsasında Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına tərəfdardır. Ancaq Mirzoyan nədənsə digər nizamlanma prinsipini - ərazi bütövlüyünü unudub.
Sonra o, bir qrup rusiyalı deputatın Bakıda səfərindən narazılığını bildirib. "Təəssüflə vurğulamaq istəyirəm ki, bizim ölkələrimiz arasında yüksək səviyyə və müttəfiqlik münasibətlərinin olmasına, həmcinin Rusiya tərəfinin Qarabağ münaqişəsinin dinc yolla həllinə yönələn səylərinə baxmayaraq, bəzi rusiyalı həmkarlarımız Bakıda keçirilən və regionda davamlı sülhün və sabitliyin pozulmasına yönələn antierməni aksiyasının iştirakçısı olublar. Bundan əlavə, Rusiya-Ermənistan parlamentlərarası komissiyanın üzvlərinin həmin tədbirdə iştirakı təəccüb doğurur", - Mirzoyan deyib.
Xatırladaq ki, bir qrup rusiyalı deputat Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirə qatılıb və həmin hadisələrin soyqırım kimi tanınmasına dair bəyanatla çıxış edib.-02D-
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz