Kiyevdə Birləşmiş Azərbaycan Diasporasının ofisi açılıb
Dekabrın 24-də Ukraynanın paytaxtında Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporasının (UABD) mərkəzi ofisi və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının ilk xarici nümayəndəliyi (Türk Şurası) açılıb. Hər iki təşkilat eyni ofisdə yerləşir.
Ofisin açılışında Türkiyə səfiri Yönet Can Tezel, Qırğızıstan səfiri Ulubek Çinaliyev, Azərbaycan səfirliyinin baş müşaviri Nazim Əliyev, Kiyev merinin müşaviri Boqdan Balasinoviç, Krım Tatarları Məclisinin rəhbəri Refat Çubarov, dörd ölkənin diaspor təşkilatlarının liderləri və Türk Şurasının əlaqələndirici qrupu iştirak edib.
Müzakirələr zamanı iştirakçılar yekdilliklə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyib.
Refat Çubarov qeyd edib ki: “Bütün türk dünyasə Ukraynadakı Krım tatarlarının dərdini çəkir və ədalətin bərqərar olmasına əlindən gələn dəstəyi göstərməyə hazırdır”.
Türk Şurasının regional nümayəndəliklərinin açılması haqqında qərar 4 türkdilli ölkə prezidenti tərəfindən türk dəyərlərinin yayılması və digər ölkələrlə sıx əlaqələr qurulması məqsədilə qəbul edilib.
Kiyev belə bir nümayəndəliyin açılması qərara alınan ilk paytaxt oldu, bu da Ukraynanın türk dünyasındakı rolunu və əhəmiyyətini göstərir.
Birləşmiş Azərbaycan Diasporasının rəhbəri Hikmət Cavadov Türk Şurasının Ukraynadakı nümayəndəliyinin baş əlaqələndiricisi seçilib.
“Bizim bugünki başlanğıcımız diplomatlar və dörd ölkənin diaspor rəhbərləri tərəfindən fəal dəstək olarsa, sosial-siyasi və iqtisadi məsələlər kompleksinin həllinə şərait yaradacaq. Biz mümkün olan hər yolla Ukrayna xalqını dəstəkləyirdik və buna davam edəcəyik”, deyə Cavadov bildirib.
Kiyev merinin müşaviri Boqdan Balasinoviç qeyd edib ki, türk xalqlarının nümayəndələri Kiyevdə özlərini çox rahat hiss edirlər. “Bu gün şəhər hakimiyyəti diaspor nümayəndələrinin öz maraqlarını həyata keçirməsi üçün hər cür şərait yaradır – söhbət həm mədəni-maarifləndirmə, həm də iqtisadi investisiya layihələrində gedir”, deyə o bildirib.
Türk Şurasının iclasında həmçinin Vaşinqtonda, Berlində və Parisdə belə nümayəndəliklərin açılmasından söhbət gedib.
* Türk Şurası 2010-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün təsis edilmiş hökumətlərarası təşkilatdır. Şura Mərkəzi Asiyada, Qafqazda və Yaxın Şərqdə, Cənub-Şərqi Avropada beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni regional alət rolunu oynayır. Təşkilat haqqında ətraflı məlumatı www.turkkon.org səhifəsində əldə etmək olar.
** Ukrayna Azərbaycanlılarının Birləşmiş Diaspor Təşkilatı 20 fevral 2013-cü ildə Kiyevdə yaradılıb. Təşkilatın əsas məqsədi qanuni, sosial, milli, mədəni və digər ortaq maraqların müdafiəsi, Ukraynada Ukrayna və Azərbaycan icmalarının əməkdaşlığının qurulmasına köməklik göstərməkdən ibarətdir. UABD-nin rəhbəri Hikmət Cavadovdur. Təşkilat haqqında ətraflı məlumatı www.aze.in.ua səhifəsində əldə etmək olar. -0-
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
-
Yanvarın 29-da Azərbaycanda keçirilən bələdiyyə seçkiləri azad və ədalətli olmayıb, əhalinin iradəsini ifadə etməyib. Bu barədə Müsavat Partiyası Mərkəzi Seçki Qərargahının rəyində deyilir.
Rəy yaz