
Məhərrəm Əliyev Belarusa səfir göndərilib
Bakı/09.12.23/Turan: Dövlət başçısının 9 dekabr tarixli sərəncamı ilə prezidentin hərbi məsələlər üzrə köməkçisi Məhərrəm Əliyev vəzifəsindən azad edilib.
Digər sərəncamla o, Azərbaycanın Belarusda səfiri təyin edilib.
Bakının keçmiş polis rəisi Məhərrəm Əliyev (1951-ci ildə anadan olub) 2012-ci ildən prezidentin köməkçisi postunu tutub. 2017-ci ildə ədliyyə nazirinin müavini olub, 2019-cu ildə isə yenidən prezidentin köməkçisi vəzifəsinə təyin edilib. -0-
1 rəy
Акпер
2023-12-11
А сколько ему лет? Голова варит еще?