Teymur Kərimov
Məhkəmə "Kanal-11" rəhbərinin vəkilinin vəsatətlərini təmin etməyib
Noyarın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-11" YouTube resursunun rəhbəri Teymur Kərimovun işi üzrə proses davam edib.
İclasda vəkil Nemət Kərimli 3 vəsatətlə çıxış edib. Müdafiə tərəfi xüsusən zərərçəkmiş Fərrux Ələkbərovun yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.
Kərimli bildirib ki, bundan əvvəl zərərçəkmiş şəxs əvvəlcə vəkilin və təqsirləndirilən şəxsin suallarına cavab verməkdən nümayişkaranə şəkildə imtina edib, müdafiə tərəfin etirazlarından sonra isə hakimin "təlqini" ilə hal və şərtləri "xatırlamadığına" istinad etməyə başlayıb.
Bununla əlaqədar olaraq vəkil zərərçəkmişin həqiqətən yaddaaş problemlərinin olub-olmadığını yoxlamaq üçün məhkəmə-tibb ekspertizası keçirilməsi barədə vəsatət qaldırıb.
Daha bir vəsatət qanunun tələbləri pozulmaqla hazırlanan bir sıra sənədlərin iş materiallarından çıxarılması zərurəti ilə bağlı olub.
Lakin məhkəmə heç bir vəsatəti təmin etməyib və növbəti iclası noyabrın 25-nə təyin edib.
* Teymur Kərimov 2023-cü ilin dekabrında CM-in 182.2.2 (hədə-qorxu yolu ilə tələb etmə, təkrar törədildikdə), 182.2.4 (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 182.2.1-ci (hədə-qorxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham edilərək həbs olunub. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Rəy yaz
-
- İqtisadiyyat
- 4 Noyabr 2024 17:22
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
1 rəy
Əlövsət Sadıqlı
2024-11-04
Teymur Kərimov siyasi məhbusdur!