
Bakı/20.09.19/Turan: Sentyabrın 19-da Pekində Azərbaycan və ÇXR XİN başçılarının görüşü keçirilib, xəbəri Azərbaycan XİN-in mətbuat xidməti yayıb.
Ümumdünya İqtisadi Forumunun işində iştirak etmək üçün Çində olan Elmar Məmmədyarov Van İ ilə ikitərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi məsələlərini müzakirə edib. Xüsusən, Çinin Bakı-Tbilisi-Qars nəqliyyat layihəsində iştirakı məsələsinə toxunulub.
Çin naziri qeyd edib ki, bu layihə Çindən Avropaya gedən yolu qısaldan "Bir zolaq, bir yol" təşəbbüsü ilə əlaqədar onun ölkəsinin maraqlarına uyğundur. -02D-
Rəy yaz