MSK daha bir neçə dairədə nəticələri yoxlanılması üçün DSK-lara göndərib (yenilənib)
Bakı/17.02.20/Turan: Fevralın 17-də MSK-nın iclasında daha bir neçə dairədə: 86 saylı İsmayıllı, 66 saylı Biləsuvar, 10 saylı Binəqədi üçüncü, 9 saylı Binəqədi ikinci seçki dairələrində saxtalaşdırmalar haqqında şikayətlərin yoxlanılması üçün DSK-lara göndərilməsi haqqında qərar qəbul edib.
Bütün hallarda namizədlərin şikayətləri səsvermə nəticələrini saxtalaşdırdığını düşündükləri şəxslərə göndərilib. -02D-
* * *
2020 Fevral 17 (Bazar ertəsi) 18:01:30
MSK daha 5 dairədən şikayətləri baxılması üçün DSK-lara göndərib
Bakı/17.02.20/Turan: MSK 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 46 saylı Şirvan seçki dairəsi və 88 saylı Göyçay seçki dairəsi üzrə parlament seçkilərindən verilmiş şikayətlərin baxılması üçün müvafiq dairə seçki komissiyalarına (DSK) göndərilməsi haqqında qərar qəbul edib.
Bu dairələr üzrə sonuncu çağırış parlamentin deputatları, Yeni Azərbaycan Partiyasının üzvü Tahir Mirkişili, bitərəf deputatlığa namizəd İltizam Yusifov və ötən üç çağırış parlamentin deputatı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev liderlik edir.
Həmçinin, MSK 12 saylı Qaradağ-Binəqədi və 51 saylı Qusar seçki dairələrində səsvermənin yekunlarından namizədlərin şikayətlərini yoxlanılması üçün DSK-lara göndərilib.
Eyni zamanda, MSK 34 saylı Xətai İkinci seçki dairəsinin 7 məntəqəsində (bu dairədə ümumilikdə 35 məntəqə var) səsvermənin yekunlarını ləğv edib.
Xatırladaq ki, bundan əvvəl MSK 13 dairədə seçkilərin saxtalaşdırılması haqqında şikayətləri DSK-lara göndərib. Buna qədər MSK 4 dairədə seçkilərin nəticələrini ləğv edib. -06D-
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz