Polis etiraz edən namizədləri MSK binasından uzaqlaşdırıb (yenilənib)
Bakı/17.02.20/Turan: Polis dəstələri deputatlığa namizədlərdən və jurnalistlərdən ibarət qrupu MSK binasından uzaqlaşdıraraq, onların binaya girməsinə imkan verməyib.
Polis etiraz aksiyasının qanunsuz olduğunu bildirib. "Bizim tələblərimiz ədalətlidir və MSK şikayətlərimizə cavab vermək məcburiyyətindədir", deyə deputatlığa namizəd Xalid Bağırov jurnalistlərə bildirib. -02B-
* * *
2020 Fevral 17 (Bazar ertəsi) 17:08:57
Deputatlığa namizədlərin MSK binası qarşısında növbəti etiraz aksiyası
Bakı/17.02.20/Turan: Hakimiyyət deputatlığa namizədlərin və müxalifət fəallarının seçki nəticələrinin saxtalaşdırılmasına etiraz əlaməti olaraq bazar günü keçirdikləri aksiyadan sonra özünə gəlməyə fürsət tapmadan bazar ertəsi MSK qarşısında seçkilərin yekunlarının ləğv edilməsini tələb edən yeni bir izdiham yığışıb.
Belə ki, deputatlığa namizədlər Xalid Bağırov, Bəxtiyar Hacıyev, Nurlanə Cəlil və digərləri yenidən MSK binasının qarşısına gələrək, saxtalaşdırmalar haqqında şikayətlərinə cavab tələb ediblər.
"Məzahir Pənahov, qulaqlarından tıxacı çıxar və tələblərimizi eşit, şikayətlərimizə cavab ver!", deyə MSK binasının girişi qarşısında duran namizəd Xalid Bağırov qışqırıb.
Hadisə yerinə operativ olaraq çevik polis alayının əməkdaşları cəlb edilib, onlar toplaşanları dağılmağa çağırıblar. Bu arada, aksiya iştirakçılarının sayı artır, hadisə yerinə çox sayda jurnalist gəlib.
Xatırladaq ki, saat 16-da MSK-nın növbəti iclası başlayıb. İclasda şikayətlərə baxılmalıdır. -02B-
-
- Maliyyə
- 17 Fevral 2020 16:05
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz