Мубариз Гурбаны
Mübariz Qurbanlı vətəndaşları Aşura günündə özlərini döyməməyə çağırıb
Bakı/18.09.18/Turan: Aşura mərasimi Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olaraq keçirilməlidir. Bu barədə bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı bildirib.
Dini mərasimlər mövzusunda seminardakı çıxışında o, dindarları özünü zəncirlə döyməməyə və qan çıxarmamağa çağırıb.
"Bu, məqbul deyil və Qafqaz Müsəlmanları İdarəsi kimi, biz də belə hərəkətlərin əleyhinəyik", - o qeyd edib.
O, Aşura mərasiminə uşaqların cəlb edilməsinin əleyhinə olduğunu deyib.
Bu il Aşura mərasimi sentyabrın 20-də qeyd olunacaq. Aşura Məhərrəm ayının 10-cu günüdür. Həmin gün şiələr Məhəmməd Peyğəmbərin nəvəsi və imam Əlinin oğlu Hüseynin şəhid olmasına matəm tuturlar.-02D-
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz