Müsavat Partiysı parlament seçkilərində səsvermənin gedişi barədə
Bakı/09.02.20/Turan: 67 saylı Cəlilabad seçki dairəsinin 18 saylı məntəqəsində Müsavat Partiyasından olan müşahidəçi Rövşən Məmmədov MSK-dan verilmiş müşahidəçi sənədini təqdim etsə də məntəqəyə buraxılmayıb.
Analoji bəhanə ilə Turan Qurbanov da 68 saylı Cəlilabad seçki dairəsinin 12 saylı məntəqəsinə buraxılmayıb.
15 saylı Yasamal birinci seçki dairəsinin 12 saylı məntəqəsində seçki qutularından biri qeyri-şəffafdır və bülletenlərin doldurulması üçün geniş yer var. Eyni zamanda müşahidəçilərin yerindən qalxmasına icazə verilmir.
68 saylı Cəlilabad kənd dairəsinin 9 saylı məntəqəsində Şiləvəngə kəndinin icra nümayəndəsi Bağır Şirəliyev məntəqədədir, komissiya üzvlərinin hərəkətlərinə nəzarət edir və seçiciləri istiqamətləndirir
54 saylı Şabran-Siyəzən seçki dairəsinin 62 saylı seçki məntəqəsində saat 8.30-a qədər seçki qutuları artıq yarıya kimi dolub.
8 saylı Binəqədi seçki dairəsinin 31 saylı seçki məntəqəsində müşahidəçilər seçki bülletenləri olan masadan aralıda oturdurulub və seçki prosesini müşahidə edə bilmirlər. Bu mənzərə digər məntəqələrdə də müşahidə edilir.
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 25 saylı məntəqəsində 9 nəfər seçici barmağı rəngsiz mürəkkəblə işarələnmədən seçki məntəqəsinə buraxılıb.
41 saylı Sumqayıt birinci seçki dairəsinin məntəqələrində məşvərətçi səs hüquqlu komissiya üzvləri polislə hədələnir.06D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz