Bir neçə məntəqədə jurnalistlərə hücumlar qeydə alınıb
Bakı/09.02.20/Turan: Parlament seçkilərində səsvermə zamanı bəzi seçki məntəqələrində səhərdən jurnalistlərə hücumlar qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videolara görə, bu, Bakının mərkəzində 23 saylı seçki dairəsində (1 saylı seçki məntəqəsi), 76 saylı Lənkəran dairəsində (30 saylı məntəqə) baş verib.
Seçki komissiyalarının üzvləri və naməlum şəxslər jurnalistlərin işinə maneçilik törədirlər, onları qovurlar və kameralarını sındırırlar.
Digər məntəqələrdə də KİV işçilərinə qarşı analoji münasibətə dair çoxsaylı məlumatlar daxil olur. MSK hələlik baş verənlərə reaksiya vermir .-02D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz