Qutuların şəffaf olmadığı bildirilir
Bakı/09.02.20/Turan: 29 saylı Səbail seçki dairəsində 19 saylı məntəqədə qutunun biri şəffaf olmadığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna həmin dairədən deputatlığa namizəd Fərəc Kərimli məlumat verib. Onun sözlərinə görə, bu hal Seçki Məcəlləsinə ziddir. "Müşahidəçilərimiz bunu aktlaşdırdılar və məntəqə seçki komissiyasına məlumat verərək qutunu dəyişmək vacib olduğunu dedilər. Lakin hələ də bu istiqamətdə heç bir tədbir görülməyib".
29 saylı Səbail seçki dairəsi komissiyasından isə Turana bildirilib ki, 19 saylı məntəqədə olan qutuların ikisi də şəffafdır. "Həmin məntəqədə veb-kamera quraşdırılıb, özünüz də baxa bilərsiniz ki, qutular şəffafdır. Qutular ortadadır və şəffaf olub-olmaması dərhal görünür. Məntəqələrdə olan qutuların hamısı şəffafdır".
Eyni hal 15 saylı Yasamal birinci seçki dairәsinin 12 saylı mәntәqәsindә qeydə alınıb. Müşahidəçilər AzadlıqRadiosuna bildirib ki, seçki qutulardan biri şəffaf deyil. "Məntəqə seçki komissiyasına iradımızı bildirdik, onlar isə deyib ki, onlara qutular Mərkəzi Seçki Komissiyasından gəlir və ora müraciət etməyə məsləhət gördülər. İndi aktlaşdırıb müraciət edəcəyik".
15 saylı Yasamal birinci seçki dairәsinin katibi isə Turana bu məlumatı təkzib edib. "Belə şey ola bilməz, qutuları məntəqələrə biz vermişik, qutular şəffafdır". –0--
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya təzyiqin artırılmasına çağırıb. Zelenski bu fikri 22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
Rəy yaz