Müxalifət 19 oktyabr mitinqi ərəfəsində kütləvi həbslər olduğunu bildirir
Bakı/16.10.19/Turan: Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) oktyabrın 19-da Bakıda keçiriləcək mitinq ərəfəsində ən az 11 müxalifət fəalının saxlanıldığını bildirib.
Belə ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Tofiq Məmmədov oktyabrın 10-da saxlanılıb və elə həmin gün İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (kiçik xuliqanlıq) maddəsi ilə inzibati qaydada 10 gün müddətinə həbs edilib.
Digər AXCP üzvü Əliağa Məmmədov oktyabrın 14-də saxlanılıb. Növbəti gün o, İXM-nin 535.1-ci (polisə tabe olmama) maddəsilə 30 gün müddətinə həbs edilib.
AXCP-nin Rəyasət Heyətinin üzvü Saqif Qurbanov oktyabrın 14-də saxlanılıb və növbəti gün İXM-nin 535.1-ci maddəsi ilə 30 gün müddətinə həbs edilib.
AXCP Gənclər Komitəsinin Rəyasət Heyətinin üzvü Nicat Nizamov oktyabrın 15-də saxlanılıb və 535.1-ci maddə ilə 15 gün müddətinə həbs edilib.
AXCP Reviziya Komissiyasının üzvü Murad Sultanov oktyabrın 15-də saxlanılıb. Elə həmin gün məhkəmə onu inzibati qaydada həbs edib. Amma hələlik onun neçə günlük həbs edildiyi məlum deyil.
AXCP-nin Binəqədi Rayon təşkilatının sədr müavini Yalçın Abdullayev oktyabrın 15-də 15 günlük inzibati həbsə məhkum edilib.
Nazim Həsənov - AXCP-nin Lənkəran təşkilatının sədri oktyabrın 15-də polisə çağırılıb, amma səhhəti ilə əlaqədar gedə bilməyib.
Lənkəran təşkilatının digər üzvləri Kazım Həsənov və Nicat İbadova polisdə mitinqə getməməyi tapşırıblar.
AXCP-nin Masallı təşkilatının fəalı Ataş Hüseynov oktyabrın 14-də saxlanılıb və bir gün sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.
AXCP-nin Qaradağ Rayon təşkilatının üzvü Elvin Məmmədov oktyabrın 12-də polisə çağırılıb və bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.
Bundan başqa, bir müddət əvvəl Səhlədar İsgəndərli (60 gün), Zamin Salayev və Elxan Əliyev (hər biri 15 gün) saxlanılıb və inzibati cəza çəkir.
Bununla yanaşı, 9 AXCP fəalı cinayət ittihamları ilə uzunmüddətli həbs cəzaları çəkir.
Hakimiyyət DQMŞ-yə mitinqi oktyabrın 19-da Lökbatan qəsəbəsində keçirməyi təklif edib.
Amma müxalifət bu təklifi qəbuledilməz hesab edib və Bakının mərkəzində metronun "28 May" stansiyası qarşısında aksiya keçirmək niyyətindədir. -06D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz