Vəkil İkram Rəhimovla görüşə bilmədi
Bakı/16.10.19/Turan: Vəkil Elçin Sadıqov oktyabrın 16-da həbsdə olan "realliq.info" saytının redaktoru İkram Rəhimovla görüşə bilməyib.
Bu barədə AzadlıqRadiosuna deyən Sadıqovun sözlərinə görə, səbəb kimi görüş barədə məktubunda Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun rütbəsini qeyd edilməməsi göstərilib.
Elçin Sadıqovun bildirib ki, göstərilən səbəb absurddur. "Penitensiar Xidməti deyir ki, məktubda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi cənab Ceyhun Həsənova əvəzinə Azərbaycan Respublikasının Ədliyyə nazirinin müavini, Ədliyyə general leytenantı cənab Ceyhun Həsənova yazmalı idim. Bu tamamilə absurd bir səbəbdir. Adamın rütbəsini yazmayanda nə olur ki?".
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Turana bildirib ki, məktub yazarkən rəsmi şəxslərə müraciət qaydasına əməl olunmalıdır.
* Realliq.info saytının redaktoru İkram Rəhimov 2018-ci il iyunun 12-də 5,5 il müddətinə azadlıqdan məhrum edilib. Etiraz olaraq İ. Rəhimov avqustda aclığa başlayıb və 30-cu gün -sentyabrın 5-də onu bitirib.
Sentyabrın 18-də Apellyasiya Məhkəməsi CM-in 62-ci maddəsini (qanunla nəzarət tutulmuş cəzadan az) tətbiq edərək İ. Rəhimovun hədə yolu ilə pul tələb etməklə bağlı günahını təsdiqləyərək həbs müddətini 3 ilədək azaldıb. -21D-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz