Niderland səfiri: "KLM-nin Azərbaycana uçuşlarını bərpa etməyi çox istərdik"
Bakı/25.04.19/Turan: Azərbaycan və Avropa İttifaqı arasında müzakirə olunan aviasiya sazişi ölkədə turizmin inkişafına şərait yaradacaq.
Bu barədə cümə axşamı Niderlandda "Kral Gününə" həsr olunmuş mətbuat konfransında bu ölkənin Azərbaycandakı səfiri Onno Kervers bildirib.
Qeyd edək ki, aviasiya sazişi "açıq səma" siyasətini nəzərdə tutur, bu, Avropa İttifaqı ölkələrinin və Azərbaycanın aviasiya şirkətlərinin maneəsiz olaraq qarşılıqlı uçuşlar həyata keçirməsinə imkan verəcək.
Səfir qeyd edib ki, saziş Aİ ölkələri və Azərbaycan arasında yeni reyslərin açılmasına şərait yaradacaq, bu da hamının xeyrinə olacaq.
"Əlbəttə ki, mən, Niderland vətəndaşı olaraq, "KLM" şirkətinin Bakıya uçuşlarını bərpa etməsini çox istərdim. Bu halda ölkələr arasında birbaşa aviasiya əlaqəsi yaranacaq və uçuş müddəti indiki kimi 13 saat deyil, 5 saat təşkil edəcək. Amma "KLM"də Niderlandın dövlət payı olmasına baxmayaraq, o, özəl şirkətdir və buna görə müstəqil qərarlar qəbul edir", deyə o bildirib.
Xatırladaq ki, 1990-cı illərdə "KLM" şirkəti Bakı-Amsterdam reysləri həyata keçirirdi. Amma "AZAL"ın inhisarçı siyasəti nəticəsində bu şirkət çoxsaylı digər şirkətlərlə birlikdə Azərbaycan bazarını tərk edib. -71D-
Siyasət
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
-
Yanvarın 23-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalisti Aytac Tapdığın ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 130
-
- Bazarların icmalı,
- 14:22
- 168
Rəy yaz