Qənimət Zahidin qohumları istintaq zamanı təzyiq göstərildiyini bildirirlər
Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları Rüfət Zahidov və Rövşən Zahidovun işi haqqında məhkəmə istintaqı başlayıb. Bənna olan Rüfət Zahidov “Azadlıq” qəzetinin baş redaktoru və peyklə yayımlanan “Azərbaycan saatı” televiziya verilişinin rəhbəri Qənimət Zahidin qardaşı oğludur. Rövşən Zahidov onun əmisi oğludur.
Hər ikisi 2014-cü ilin iyulunda həbs olunub. Əvvəlcə inzibati qaydada həbs ediliblər, sonradan isə bir qrup şəxs tərəfindən böyük həcmdə narkotik maddələrin qanunsuz dövriyyəsində (234.4.1 və 234.4.3-cü maddələr) ittham olunublar.
Onları 5 ildən 12 ilədək həbs gözləyir. Fevralın 26-da keçirilən iclas zamanı Elçin Qafarovun elan etdiyi ittiham aktına əsasən, Rüfət Zahidov Bakıda saxlanılarkən üzərindən 5 qram heroin götürülüb. Lakin Rüfət Zahidov bildirib ki, saxlanıldığı gün səhərdən izlənildiyini hiss edib. Maşınını park etdiyi “Şəki” kafesinin yaxınlığında 7-8 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb və dərhal üzərinə narkotik atıb. Sonradan əlinə qandal taxaraq, DİN-in narkotiklərə qarşı mübarizə idarəsinə aparıblar. O, istintaqın iyulun 18-də digər təqsirləndirilən şəxsə – Rövşən Zahidova narkotik paketi verdiyi haqqında iddiasını da təkzib edib. “Mən Rövşənlə il yarımdır görüşmürdüm”, deyə o bildirib.
Lakin polis idarəsində onu digər qohumların həbsi ilə hədələyərək, etirafedici ifadələri imzalamağa məcbur ediblər. “Narkotiklərə qarşı mübarizə idarəsində mənim sifarişlə həbs olunduğumu gizlətmirdilər. Onlar mənə dedilər ki, əmilərim Mirzə Sakit və Qənimət Zahidi də həbs ediblər və onların üstünə də narkotik atılacaq”, deyə Rövşən Zahidov bildirib. Saxlanıldığı gün ona zən ediblər və sifariş olduğunu deyiblər, o da işə gedib.
Orada 4 nəfər ona yaxınlaşıb, onu saxlayıb maşına mindiriblər və polisə aparıblar. “Mənə dedilər ki, Qənimətə görə həbs olunmuşam. O olmasaydı, əziyyət çəkməzdim”, deyə Rövşən Zahidov bildirib. Növbəti proses martın 18-nə təyin edilib. Hər iki təqsirləndirilən şəxsin vəkilləri cinayət işinin saxtalaşdırıldığını bildirirlər. -06D-
-
- İqtisadiyyat
- 27 Fevral 2016 13:47
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz