Hökumət 3 yeni beynəlxalq layihənin icrasına başlayıb
2015-ci ildə hökumət dövlət zəmanətli üç yeni beynəlxalq layihənin icrasına başlayıb. İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2015-ci ildə 14 beynəlxalq maliyyə institutunun maliyyələşdirdiyi 41 layihənin icrası davam etdirilib. Bu kreditlərin ümumi məbləği 7.620 mlrd ABŞ dollarıdır. İqtisadiyyat Nazirliyi hökumətin adından imzalanan kredit müqavilələri haqda müfəssəl informasiya vermir.
Bu kreditlərin 55,5%-dən 12 nəqliyyat layihəsinin həyata keçirilməsi üçün istifadə edilir. Dövlətin aldığı kreditlərin 25,5%-i su təchizatı və kanalizasiya xidmətləri (11 layihə) üçün ayrılıb.
Beynəlxalq kreditlərlə 4 enerji (ümumi kreditlərin 10,5%-i), 5 kənd təsərrüfatı (4,5%) layihəsi və s icra edilir. Donorlar Dünya Bankı - 8 layihə (19.3%), Asiya İnkişaf Bankı - 4 layihə (5.4%), Avropa Yenidənqurma və İnkişaf Bankı - 1 layihə (9.8%), JİCA - 2 layihə (7.6%), Almaniyanın KfV Bankı - 4 layihə (2.7%) və s-dir.
2015-ci ildə 4 beynəlxalq layihənin icrası başa çatıb.
Beynəlxalq kreditlər üçün dövlət zəmanəti Nazirlər Kabinetinin sərəncamı ilə verilir. 2012-ci ilin sonundan hökumət bu sənədləri ictimaiyyət üçün açıqlamır. Bu, dövlət büdcəsi vəsaitlərinin ölkədən kənarda Meksikada, Cənub-Şərqi Asiyada Heydər Əliyev Fondunun təbliğatı üçün xərcləndiyi haqda məlumatlar yayılandan sonra baş verdi. 08B
-
- Siyasət
- 27 Fevral 2016 13:29
-
- İqtisadiyyat
- 27 Fevral 2016 14:04
İqtisadiyyat
-
S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yenidən nəzərdən keçirərək, proqnozu "sabit"dən "müsbət"ə yüksəldib.
-
Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var. Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
-
Rusiya, İran və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, enerji nazirləri və gömrük xidmətlərinin rəhbərləri yaxın zamanda Rəşt-Astara dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
-
Azərbaycan və Tatarıstan enerji, maşınqayırma, neft-kimya, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edir. İkitərəfli əlaqələr, rəsmi nümayəndə heyətlərinin müntəzəm səfərləri və beynəlxalq iqtisadi forumlarda iştirakı ilə dəstəklənən sabit inkişaf nümayiş etdirir.
Rəy yaz