«Məxfi» qrifli lotereya biznesi
İqtisadiyyat Nazirliyi “Azərlotereya” ASC-nin 2015-ci ildəki fəaliyyəti ilə bağlı hesabat açıqlayıb. 2000-ci ildən bu yana ilk dəfə hesabatda lotereya inhisarçısının təsərrüfat fəaliyyəti haqda məlumat yoxdur.
Hesabatda 2015-ci ildə keçirilən lotereya oyunların sayı barədə informasiya da verilmir. Əşya uduşları (156 avtomobil), “TOPAZ” (927 min ədəd) şəbəkəsində və onlayn (144,6 min ədəd) satılan lotereyaların sayı barədə məlumat verilir. Avtomobillərin alınmasına 2 mln manatdan çox vəsait xərclənib.
“Azərlotereya” ASC-də böhranlı 2015-ci ildə lotereya biznesinin nəticələri barədə məlumat verməkdən imtina ediblər. Yalnız onu deyiblər ki, bu cür informasiya auditor yoxlaması başa çatandan sonra veriləcək.
2014-cü ildə “Azərlotereya” ASC 27 888 818 ədəd tirajlı və ani lotereya satılıb. SC-nin gəlirləri depozitlər üzrə faizlər nəzərə alınmaqla 29 mln 236,7 min manat təşkil edib. 08D
-
- İqtisadiyyat
- 27 Fevral 2016 13:47
-
- İqtisadiyyat
- 27 Fevral 2016 14:26
İqtisadiyyat
-
S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yenidən nəzərdən keçirərək, proqnozu "sabit"dən "müsbət"ə yüksəldib.
-
Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var. Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
-
Rusiya, İran və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, enerji nazirləri və gömrük xidmətlərinin rəhbərləri yaxın zamanda Rəşt-Astara dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
-
Azərbaycan və Tatarıstan enerji, maşınqayırma, neft-kimya, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edir. İkitərəfli əlaqələr, rəsmi nümayəndə heyətlərinin müntəzəm səfərləri və beynəlxalq iqtisadi forumlarda iştirakı ilə dəstəklənən sabit inkişaf nümayiş etdirir.
Rəy yaz