RF sərhəd gəmisinin Bakıya səfəri
Bakı/19.09.18/Turan: Azərbaycan və RF-nin Dəniz Sərhəd Qüvvələri sentyabrın 18-də Xəzərdə birgə təlimlər keçiriblər. Təlim zamanı qanunsuz fəaliyyətin ifşa edilməsi, şərti pozucunun təqibi və saxlanılması üzrə birgə manevrləri işləyib hazırlayıblar.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, "Brilliant" sərhəd-gözətçi gəmisi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd İdarəsinin rəisi Aleksey Buerovun rəhbərliyi altında Bakı limanına dostluq səfəri edib.
Səfər çərçivəsində tərəflər ikitərəfli əlaqələrin hazırki vəziyyətini və perspektivlərini, Xəzərdə sərhəd təhlükəsizliyinin təmin edilməsi və bioresursların müdafiəsi, qanunsuz sahibkarlığa qarşı mübarizə üzrə əməkdaşlıq və təcrübə mübadiləsinin davam etidirilməsi məsələlərini müzakirə ediblər.
Rusiya gəmisinin, Azərbaycan Dövlət Sərhəd Xidmətinin gəmi və katerlərinin iştirakı ilə Xəzərin bioresurslarının müdafiəsi, qanunsuz miqrasiyaya, silah və partlayıcı maddə qaçaqmalçılığına qarşı mübarizə məqsədilə birgə təlimlər keçirilib.
Səfər çərçivəsində "Sərhədçi" İdman-Olimpiya Mərkəzində Azərbaycan və Rusiya sahil mühafizə xidməti nümayəndələrinin dostluq görüşü keçirilib, sərhəd gözətçi gəmilərinə qarşılıqlı baxış keçirilib. -16D-
-
- Siyasət
- 19 Sentyabr 2018 13:01
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz