Açiq mənbələrdən foto.
Sahil mühafizəsinin əməkdaşları barəsində cinayət işi açılıb
Bakı/13.05.20/Turan: Dövlət Sərhəd Xidmətinin Sahil mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə əlaqədar Baş Prokurorluq nəzdində Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.
Xatırladaq ki, bu gün mayın 13-də Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Qeyri-rəsmi məlumatlara görə, həbs olunanlar var. -02D-
-
- İqtisadiyyat
- 13 May 2020 16:36
Siyasət
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
-
Yanvarın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi ilə telefonla danışıb.
-
“Kanal-11” Youtube kanalının rəhbəri Teymur Kərimovun işi üzrə məhkəmə iclaslarının protokolları saxtalaşdırılıb. Bu barədə onun bəyanatında deyilir. Bəyanatı Kərimovun həmkarları yayıblar.
Rəy yaz