Saleh Rüstəmov barəsibdə məhkəmə qərarına görə işə aidiyyatı olmayan vətəndaş evindən məhrum edilir
Saleh Rüstəmov barəsibdə məhkəmə qərarına görə işə aidiyyatı olmayan vətəndaş evindən məhrum edilir
Gədəbəy rayonun keçmiş icra başçısı Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmovun illər əvvəl satdığı mənzil müsadirə edildiyi bildirilir.
Taleh Rüstəmli bildirib ki, Yasamal rayonunda yerləşən mənzili 2007-ci ildə satıb: "Mən vaxtı ikən ev alqı-satqısı ilə məşğul olmuşam. O vaxt "baş etibarnamə" ilə mənzil satmışam, yeni ev yiyəsi isə onu öz adına rəsmiləşdirməyib. Saleh həbs olunanda bizim da mülklərimizi müsadirə ediblər, bu, illərdir artıq mənim olmayan mənzil da o siyahıya düşdü".
Hazırda evin sahibi Elçin Həsənzadə Turana bildirib ki, atası bu mənzili 2007-ci ildə alıb: "O vaxt atam evi Taleh bəyin adına alıb. 2015-ci ildə atam rəhmətə gedib, başımız qarışdı və evi öz adımıza rəsmiləşdirmədik. Daha sonra gəlib deyiblər ki, bu ev müsadirə olunub. Bu gün Yasamal Rayon Məhkəməsinin icraçıları polis iştirakı ilə gəliblər, evi açıblar. Hazırda əşyalarımızı evdən çıxarırlar".
O, hesab edir ki, bu qanunsuzdur və aidiyyətli orqanlara müraciət etmək niyyətindədir.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Amma 2019-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasına qanunsuz pul köçürməkdə ittiham olunan və 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmovun məhkəmə qərarı ilə mülkləri müsadirə olunub. Onunla yanaşı qohumların da mülkləri müsadirə edilib.
-
- Cəmiyyət
- 18 Mart 2024 16:56
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz