![Səfər Əbiyev Çexiyada vətəndaşlıq alması barədə xəbərləri təzkib edib](https://turan.az/resized/media/2015/main/010500101803-750-500-resize.webp)
Səfər Əbiyev Çexiyada vətəndaşlıq alması barədə xəbərləri təzkib edib
Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyev Çexiyada vətəndaşlıq alması barədə xəbərləri təkzib edib.
“Belə məlumatlar tamamilə əsassızdır”, - keçmiş nazirin yaxınlarından biri Turan-a bildirib. “Hazırda o, xaricdə müalicə olunur və tezliklə geri dönəcək”, - mənbə dəqiqləşdirib.
Çexiyanın Azərbaycandakı səfirliyi S.Əbiyevin bu ölkədə vətəndaşlıq almasını təsdiqləməyib.
“Bizdə S.Əbiyevin Çexiyada vətəndaşlıq alması barədə məlumat yoxdur”, - səfirliyin nümayəndəsi bildirib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu məlumatı şərh edərkən bildiriblər ki, S.Əbiyev 2014-cü ilin martında Silahlı Qüvvələrdən kənarlaşdırılıb.
S.Əbiyevin vətəndaşlıq alması barədə məlumat şənbə günü Facebook istifadəçisinə isnadla yayılıb.
* General-polkovnik Səfər Əbiyev 1995-2013-cü illərdə Azərbaycanın müdafiə naziri olub.-03B-
-
- Siyasət
- 4 Yanvar 2015 15:19
-
- Söz istəyirəm
- 5 Yanvar 2015 11:48
Siyasət
-
Baş Prokurorluq Bakının Qaradağ, Binəqədi və Xəzər rayonlarında, həmçinin Tərtər rayonunda qanunsuz hasilat aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları üzrə araşdırma aparıb.
-
“Abzas Media” nəşrinin işilə əlaqədar fevralın 11-nə təyin olunmuş növbəti məhkəmə iclası keçirilməyib.
-
Fevralın 11-də prezident İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”i təsdiq edib.
-
Fevralın 11-də Azərbaycan Hüquq-Müdafiə Təşkilatlari Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanli və Səadət Bənənyarlı həbs edilmiş jurnalist Şahnaz Bəylərqızının işi üzrə ölkə rəhbərliyinə etdikləri müraciətlə əlaqədar Daxili İşlər Nazirliyində görüş keçiriblər.
Rəy yaz