"Sərhədsiz Reportyorlar" Əfqan Muxtarlıdan sonra digər jurnalistləri də azad etməyə çağırıb
Paris/19.03.20/Turan: "Sərhədsiz Reportyorlar" dünən Berlində ailəsinə qovuşan jurnalist Əfqan Muxtarlının azad edilməsini alqışlayır və Azərbaycan hakimiyyətini hələ də həbsdə olan digər 5 jurnalisti azad etməyə çağırır. Bu barədə mətbuat azadlığını müdafiə təşkilatının Tvitter-dəki hesabında deyilir.
2017-ci ildə Azərbaycan hökumətində korrupsiya haqqında araşdırmalarından sonra gizləndiyi Gürcüstanda Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oğurlanmış Əfqan Muxtarlı 2018-ci ilin yanvarında 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Dünən o, cəzasının qalan hissəsindən azad edilib və Almaniyaya göndərilib.
"Sərhədsiz Reportyorlar"ın Almaniyadakı nümayəndəliyi və bu ölkənin hökuməti Muxtarlının azad edilməsində əsas rolu oynayıb. -02D-
-
- Cəmiyyət
- 19 Mart 2020 13:35
Siyasət
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
-
Ağ Evin mətbuat katibi Kerolayn Livitt (Karoline Leavitt) jurnalistlərə USAID-in fəaliyyətində nəyin Tramp Administrasiyasını qane etmədiyini açıqlayıb. O, USAID-in vəsait ayırdığı proqramları sadalayıb:
Rəy yaz