Yaponiyanın baş naziri Rusiyanın təcavüzünə qarşı xəbərdarlıq edib: “Ukrayna sabah Şərqi Asiyaya çevrilə bilər"
Yaponiyanın baş naziri Rusiyanın təcavüzünə qarşı xəbərdarlıq edib: “Ukrayna sabah Şərqi Asiyaya çevrilə bilər"
Çərşənbə günü Yaponiyanın baş naziri Fumio Kisida Ağ Evə xəbərdarlıq edib ki, "Ukrayna sabah Şərqi Asiyaya çevrilə bilər". Bu səbəbdən o və prezident Co Bayden Çinin Tayvan və Cənubi Çin dənizinə ekspansiyası qarşısında daha güclü hərbi əlaqələr quracaqlar, Turan-ın Vaşinqton müxbiri bildirib.
Çərşənbə günü Oval kabinetdə görüşdən sonra iki lider reportyorlara bildirib ki, Hind-Sakit okeanı bölgəsində və ya dünyanın digər yerlərində güc və ya məcburiyyət yoluyla status-kvonu dəyişdirmək üçün birtərəfli cəhdlər qəbuledilməzdir və "qətiyyətli" hərəkətlərlə qarşılanacaq.
Yaponiya ABŞ-ı Rusiyanın Ukraynadakı təcavüzünə qarşı dəstəkləyir. Onun sözlərinə görə, "bu gün Ukrayna sabah Şərqi Asiyaya çevrilə bilər".
Bayden ABŞ və Yaponiya arasında təhlükəsizlik sahəsində əlaqələrin yenilənməsini 1951-ci ildə ikitərəfli alyansın imzalanmasından bəri münasibətlərdə "ən əhəmiyyətli" dəyişiklik adlandırıb. Bu, Avstraliya üçün əlverişli olacaq yeni ümumi hava və raket əleyhinə müdafiə arxitekturasını əhatə edəcək, prezident deyib.
Kişida-Bayden sammiti ötən gün Filippin prezidenti Ferdinand Markosun iştirakı ilə üçtərəfli görüş ərəfəsində baş tutub.
-
- Siyasət
- 11 Aprel 2024 12:16
Siyasət
-
“Kanal-11” Youtube kanalının rəhbəri Teymur Kərimovun işi üzrə məhkəmə iclaslarının protokolları saxtalaşdırılıb. Bu barədə onun bəyanatında deyilir. Bəyanatı Kərimovun həmkarları yayıblar.
-
Bakı şəhəri Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqlarının gördüyü tədbirlər nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları ixracatçılarının əldə etdikləri pul vəsaitləri ölkəyə qaytarılıb.
-
Yanvarın 22-də Davosda İqtisadi Forum çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub.
-
On beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb.
Rəy yaz