Yerli deputat Armavidə Njdenin adının üstünü boyayıb
Bakı/13.11.19/Turan: Ermənistanın RF-dəki səfirliyi Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradovun erməni xadim Qaregin Njdenin xatirə lövhəsinin üzərini qara boya ilə boyaması ilə əlaqədar qəzəbini bildirib.
“Səfirlik Armavirdə baş verən hadisə ilə bağlı dərin qəzəbini bildirir. Armavir Şəhər Dumasının (Krasnodar əyaləti) deputatı Vinoqradovun əməllərini Erməni Apostol Kilsəsi ərazisində vandalizm aktı kimi qiymətləndiririk”, deyə səfirliyin bəyanatında bildirilir.
Səfirlik hesab edir ki, baş verənlər millətlərarası gərginliyə gətirib çıxara bilər.
Lövhə 2012-ci ildə erməni kilsəsi ərazisində quraşdırılıb.
Bir müddət əvvəl əyalət hakimiyyəti və yerli hakimiyyət, habelə “Rusiya Erməniləri İttifaqı”nın yerli şöbəsinin nümayəndələri Njdenin xatirə lövhəsini sökməyə söz veriblər, bu barədə “Krasnaya vesna” yazır.
Amma lövhə sökülməyib, Vinoqradov onu qaraya boyayaraq, “məsələni özü həll edib”.
Hələ 2017-ci ildə Armavir sakinləri hakimiyyət orqanları, hüquq-mühafizə orqanlarına kollektiv bəyanat göndərərək, Qaregin Njde lövhəsini sökməyi tələb ediblər.
Qeyd edək ki, buna qədər Azərbaycan dəfələrlə Ermənistanı faşizm əlbirlərinin qəhrəmanlaşdırılmasında ittiham edib. Qaregin Njde də onlardan biri hesab olunur. -02D-
-
- Cəmiyyət
- 13 Noyabr 2019 17:06
-
- Sosial sahə
- 14 Noyabr 2019 00:42
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz