Milli Şuranın sədri, professor Cəmil Həsənli:
Dostlar! Bu axşam ANS-in Vaşinqton Bürosunun nümayəndəsi Qənirə Ataşova respublikaçı konqres üzvü Kris Smitin “Azərbaycan Demokratiya Aktı» qanun layihəsini guya erməni diasporunun təsiri ilə irəli sürdüyünü bəyan etdi. Bu tamamilə yalan məlumatdır. Bu qanun layihəsinin erməni diasporu ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq Azərbaycan hakimiyyəti vəziyyətdən çıxış yolu aramaq əvəzinə qanun layihəsini erməni diasporu ilə əlaqələndirib daxili auditoriyanı ona qarşı “səfərbər” etmək istəyir və ANS-də bu işdə öz xidmətini təklif edir. Əslində məsələ Qənirə Ataşovanın dediyindən daha ciddidir. Smit konqresin təcrübəli bir üzvüdür, o, 35 ildir Nyu Cersidən konnqresə üzv seçilir. Bir şeyi nəzərə almaq lazımdır ki, Kris Smitin rəhbərlik etdiyi Helsinki komissiyası insan haqları və demokratiya məsələlərinə məsul olan bir komissiyadır və 2004-cü ildə “Belarus Demokratiya Aktı” da bilavasitə konqresmen Smitin təşəbbüsü ilə qəbul edilmişdi, həmin qanuna görə Belarusda 200 nəfər rəhbər işçiyə və onların ailə üzvlərinə sanksiyalar tətbiq edilmişdi. Bəlkə bu da erməni diasporunun təsiri ilə qəbul edilmişdi? Məsələ burasındadır ki, hazırda Azərbaycanda siyasi mülahizələrlə həbs edilmiş insanların sayı Rusiya və Belorusyadakı siyasi məhbusların birlikdə sayından çoxdur. Qanun layihəsi də məhz bu zərurətdən irəli gəlmişdir və onun komissiyanın 9 respublikaçı, 9 demokrat üzvləri, Dövlət Departamentin və Pentaqonun hər birindən 1 nümayəndə müdafiə edir. Lakin “Azərbaycan Demokratiya Aktı» qanun layihəsinin hədəfi yalnız siyasi məhbusların azad edilməsi deyil, orada insan azadlığı, söz azadlığı, azad seçki və demokratik islahatlar aparılmasının geniş bir dairəsi nəzərdə tutulur.
Söz istəyirəm
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
-
Yanvarın 7-də prezident İlham Əliyevin yerli telekanallarla mətbuat konfransında Real TV-nin nümayəndəsi belə bir sual verdi: "Trampı bizimlə bir gəmidə görürsünüz..."
-
Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 295
-
- Bazarların icmalı,
- 14:22
- 244
Rəy yaz