Cahangir Hacıyev
Cahangir Hacıyevin bacısı prezidentə təkrarən müraciət edib
Cənab Prezident, Sizə 2018-ci il sentyabrın 17-də turan.az-da
http://www.turan.az/ext/news/2018/9/free/Want%20to%20Say/az/75102.htm dərc edilmiş müraciətimdən sonra Cahangirə qarşı repressiyalar güclənib. Bu gün, 2018-ci il sentyabrın 19-da bizdən onun üçün yemək qəbul etməyiblər. Geyim və dərman da qəbul edilməyib. Guya onun özünün istintaq təcridxanasının rəhbərliyinə görüşlərdən, telefon danışıqlarından və yeməkdən imtina etməsi haqqında ərizə yazdığına istinad edirlər.
Cahangir vəkili ilə görüşündə belə bir ərizə yazmadığını bildirib. Bütün bunlar haradan çıxır, aydın deyil. Yenə DİN Baş Prokurorluğa, onlar isə öz növbəsində Ədliyyə Nazirliyinə istinad edir.
Bizə, onun ailəsinə bütün bu baş verənlərin səbəbi aydın deyil. Bu, onun həyatına qəsddir? Yoxsa səhhətini pozmaq üçün göstərilən bir təzyiq? Qətiyyətlə Sizin müdaxilə və müdafiənizi xahiş edirəm.
Hörmətlə, Əminə Hacıyeva
-
- İqtisadiyyat
- 19 Sentyabr 2018 16:02
Söz istəyirəm
-
Azərbaycanda iqtidaryönümlü mətbuatın özünəməxsus və lazımınca qiymətləndirilməyən keyfiyyətləri var.
-
Dünən “Yeni Azərbaycan” qəzeti və hökumətə bağlı 5-6 sayt Milli Şuranın adından rus padşahı Vladimir Putunə bir saxta məktub dərc edib. Bu məktub əhvalatı mənim yadıma Kiyevdə knyaz Svyatopolk İzyaslaviçin ölümündən sonra boyar dumasının 1113-cü ildə Putinin ulu babası II Vladimir Monomaxa yazdığı məktubu saldı. Onlar yazırdılar ki, knyaz təcili olaraq Kiyevə gəl, sən gəlməsən çox böyük təlatümlər olacaq, şəhər talan ediləcək, boyarlara və monastırlara hücum olacaq.
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
Rəy yaz