- Söz istəyirəm
- 2 Noyabr 2017, 17:27
- 158
Onlar indi də fikirləşirlər ki, daha nə pislik eləsinlər...
Mehman Əliyevə və Turan agentliyinə qarşı atılan addımın səhv olduğunun etiraf edilməsi gec olsa da, vacib məqamdır. Mehman Əliyevə və Turan agentliyinə qarşı ittihamın götürülməsi barədə prokurorluğun müstəntiqinin imzası olan rəsmi sənəd təəssüf ki, kobud səhvə yol verildiyini təsdiq edir.
Bu, problemin həlli deyil, həmin qruplaşmanın üzərində kiçik, ancaq mühüm qələbədir.
Mehman bəyin sözlərinə görə, agentliyin bağlanması və onun həbsi hakimiyyətdəki müəyyən qruplaşma tərəfindən həyata keçirilib, başqa bir qüvvə isə onun azadlığa bıraxılmasına və cinayət işinə xitam verilməsinə çalışıb.
Mən hələ AŞ yanında ölkənin səfiri olarkən Facebook səhifəmdə qeyd etmişdim ki, bu qruplaşma və onun qəsdən heç nədən problem yaradaraq Qərblə, həmçinin sivil dünya ilə münasibətlərimizin pisləşməsinə çalışması barədə prezidentə şəxsən yazmışam.
Bu məktub yazılandan sonra hələ 2008-ci ildə mən həmin qruplaşma üçün düşmənə çevrildim.
Düşünürəm ki, həmin qüvvələr arasında çaşbaş qalan vergi xidmətinin rəhbəri mənəvi zərərə, Mehman bəyin istintaq təcridxanasında keçirdiyi günlərə görə ondan və ailəsindən rəsmən üzr istəsəydi Azərbaycan cəmiyyəti bunu çox müsbət qarşılayardı. Mehman bəyin istintaq təcridxanasında saxlanmasına göstəriş verənlər isə açıq şəkildə üzr istəməlidir, bu dürüst və vicdanlı insana, eləcə də Turan agentliyinin əməkdaşlarına dəyən maddi və mənəvi zərəri ödəməlidir.
Çünki Mehman bəy və onun ailəsi, yaxınları dərin mənəvi şok keçiriblər.
Bu qruplaşmanın günahı üzündən üç ay ərzində agentliyin fəaliyyəti pozulub, işçilər əməkhaqqı almayıb, Turan agentliyinin xəbər bülletenlerinə abunə olanlar, o cümlədən ölkədə akkreditə edilmiş səfirliklər abunəni dayandırmalı olublar.
Həmçinin bu qruplaşma ölkəyə, onun dünyadakı imicinə dəyən mənəvi zərərə görə bizim xalqdan üzr istəməlidir.
-
- Cəmiyyət
- 2 Noyabr 2017 17:44
Söz istəyirəm
-
Azərbaycanda iqtidaryönümlü mətbuatın özünəməxsus və lazımınca qiymətləndirilməyən keyfiyyətləri var.
-
Dünən “Yeni Azərbaycan” qəzeti və hökumətə bağlı 5-6 sayt Milli Şuranın adından rus padşahı Vladimir Putunə bir saxta məktub dərc edib. Bu məktub əhvalatı mənim yadıma Kiyevdə knyaz Svyatopolk İzyaslaviçin ölümündən sonra boyar dumasının 1113-cü ildə Putinin ulu babası II Vladimir Monomaxa yazdığı məktubu saldı. Onlar yazırdılar ki, knyaz təcili olaraq Kiyevə gəl, sən gəlməsən çox böyük təlatümlər olacaq, şəhər talan ediləcək, boyarlara və monastırlara hücum olacaq.
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
Rəy yaz