ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mehman Əliyevə qarşı cinayət işinə xitam verilməsini alqışlayıb
Vyana/02.11.17/Turan: ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir Turan agentliyinə və onun rəhbəri Mehman Əliyevə qarşı açılmış cinayət işinə xitam verilməsini alqışlayıb. Bu barədə ATƏT-in saytında yayılan bəyanatda deyilir.
"Mən bu müsbət addımı alqışlayıram, ümid edirəm ki, bu agentlik tezliklə öz vacib işini davam etdirəcək və gələcəkdə heç bir təzyiq olmadan işləyəcək", - bəyanatda bildirilir.
Xatırladaq ki, noyabrın 2-də baş prokurorun müavini Rüstəm Usubov cinayət işinə xitam verilməsi ilə bağlı rəsmi məktubu Mehman Əliyevə təqdim edib. -16D
-
- Mədəniyyət
- 2 Noyabr 2017 15:55
-
- Söz istəyirəm
- 2 Noyabr 2017 17:27
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz