Bir qrup jurnalist Mehman Hüseynovun anası ilə görüşə buraxılmasını xahiş edib
Bakı/30.07.18/Turan: İyulun 30-da bir qrup jurnalist həbsdə olan bloger Mehman Hüseynovun ağır xəstə olan anası Firəngiz Hüseynova ilə görüşünə icazə verilməsi xahişi ilə Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmək məqsədi ilə bu qurumda olub. Jurnalistləri Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov qəbul edib. Mehman Sadıqov jurnalistlərin xahişini dinlədikdən sonra Penitensiar Xidmətə M. Hüseynovun vəkilinin də müraciət etdiyini deyib və Ədliyyə Nazirliyinə də müraciət etməyi məsləhət görüb. Bundan sonra jurnalistlər ədliyyə nazirinə və Penitensiar Xidmətinin rəisinə teleqramla müraciət ediblər.
İyulun 15-də M. Hüseynovun anası ürək tutması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub. Həkimlər F. Hüseynovanın sağlamlıq durumunu ağır qiymətləndirir. M. Hüseynovun vəkillərinin onun anası ilə görüş üçün həbsxanadan müvəqqəti buraxılması üçün iyulun 18-də Penitensiar Xidmətə etdiyi müraciətə hələ də cavab verilməyib.
M. Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin gördüyü işləri tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Beynəlxalq qurumlar blogerin həbsini söz, ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirir, onun azadlığa buraxılmasını tələb edirlər. -03B-
-
- İqtisadiyyat
- 30 İyul 2018 15:13
Cəmiyyət
-
Bazar günü, iyulun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
-
Bakı şəhəri ərazisində qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində müxtəlif ünvanlarda əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisində yaşamaq və qalmaq hüququ verən sənədləri olmayan 34 əcnəbi müəyyən edilərək saxlanılıb.
-
Azərbaycan Müdafiə Nazirliyi (AMN) iyulun 25-də bəyanat yayaraq son günlərdə Ermənistanı Kəlbəcərdə ağır silahlar, Tovuz istiqamətində isə kvadrokopter tətbiq etməklə ona qarşı “təxribatlar törətməkdə” günahlandırıb. Üstəlik, Ermənistanın Qərb ölkələri ilə hərbi əməkdaşlığından narazılıq və narahatlıq ifadə edib.
-
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin son əməliyyatları zamanı narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olan mütəşəkkil dəstənin 5 üzvü - əvvəllər məhkum olunmuş Bəhlul İsmayılov, Röyal Əliyev, Xəyal Alıyev, Samir Ağayev və Əli Məmmədli saxlanılıblar.
Rəy yaz