![психолог Азад Исазаде](https://turan.az/resized/media/2018/main/082800012715-750-500-resize.webp)
психолог Азад Исазаде
Ekspert �Psixoloji yardım haqqında� qanun layihəsi barədə
Bakı/28.08.18/Turan: Azərbaycanda "Psixoloji yardım haqqında" qanun hazırlanır. Bunu Turan-a tanınmış psixoloq Azad İsazadə bildirib. O, layihənin hazırlanmasında birbaşa iştirak etməsə də bununla bağlı iş getməsi barədə məlumatlıdır.
Ekspert belə qanunun qəbul edilməsinə ehtiyacın olduğunu deyib. O qeyd edib ki, indiyə kimi psixoloqları birləşdirən bir dövlət qurumu və ya başqa bir ictimai cəmiyyət yoxdur, onların bir qismi QHT-lərin tərkibində, digər qismi isə kommersiya qurumlarında fəaliyyət göstərirlər.
"Hazırda Azərbaycanda uşaq, tibbi-klinik psixoloqlara ciddi ehtiyac var və həm də bu, sırf ixtisaslaşma tələb edən sahədir. Yəni, bu mütəxəssislər bir-birini əvəz edə bilməzlər", - A.İsazadə vurğulayıb.
Eyni zamanda psixoloq qanunun qəbul edilməsilə bu sahədə sürətli irəliləyişin ola biləcəyilə bağlı sualı cavablandırmağa çətinlik çəkib.
"Hələ bilmək olmaz ki, yeni qanun bu sahənin inkişafına xidmət edəcək, ya yox", - o qeyd edib.
Xatırladaq ki, Milli Məclisin Səhiyyə komitəsi "Psixoloji yardım haqqında" qanun layihəsi hazırlayıb. Layihə parlamentin payız sessiyasının gündəliyinə daxil edilib. -05D06-
-
- Siyasət
- 28 Avqust 2018 12:28
-
- İqtisadiyyat
- 28 Avqust 2018 13:33
Cəmiyyət
-
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi öz töhfəsini verir! “Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə birgə əməkdaşlıqda həyata keçirdiyi "Doğru yol budur" sosial kampaniyasına qoşulanların sayı hər gün artır. Artıq Azərbaycanın müxtəlif bölgələrindən 700-dən çox şəxs bu çağırışa cavab verərək mütəmadi məşqlərdə iştirak edir. Layihə cəmiyyətimizdə, xüsusilə də gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
-
Dövlət Sərhəd Xidmətininin dövlət tərəfindən əhəmiyyətli dərəcədə maliyyələşdirilməsinə baxmayaraq, Azərbaycanın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi səmərəsiz olaraq, qalır, Prime TV telekanalının sahibi Aygün Muradxanlı belə hesab edir. Rəhbərlik etdiyi şirkət tərəfindən hazırlanmış “Hibrid müharibələrin narkotik tərəfi” filminin müzakirəsində çıxış edən Muradxanlı alternativ strategiyalara ehtiyac olduğunu qeyd edib.
-
2023-cü ildə Azərbaycanda 8 min 631 nəfər təhsil haqqını ödəmədiyinə, dərs buraxdığına görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib. Bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib. Bu da 2022-ci il ilə müqayisədə 9.8 faiz artım deməkdir. Bəzi mütəxəssislər xaric olunmaların əsas səbəbi kimi tələbələrin təhsil haqqını ödəyə bilməmələrini göstərirlər. Azərbaycanda təhsil haqqı universitetə, ixtisasa görə fərqlidir və illik olaraq 1 min 500-6 min 500 manat aralığında dəyişir.
-
Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xəzər dənizindən dövlət sərhədini pozmaqla Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb.
Rəy yaz