Yunis Səfərovun işi üzrə proses qeyri-müəyyən vaxta təxirə salınıb
Bakı/17.02.20/Turan: Fevralın 17-də Bakının Sabunçu Rayon Məhkəməsinin binasında Gəncə icra başçısı Elmar Vəliyeə sui-qəsddə ittiham olunanların işi üzrə proses davam edib. Müttəhimlər kürsüsündə 2018-ci il iyulun 3-də şəxsən Vəliyevə atəş açmağa çalışan Yunis Səfərov da daxil olmaqla, 12 nəfər var.
İşə Gəncə Ağır İşlər Məhkəməsi Məhəmməd Bağırovun sədrliyi ilə baxır. İclasın əvvəlində vəkillər Sabunçu rayon məhkəməsinin zalı çox kiçik olduğu üçün prosesin Gəncədə və ya Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında keçirilməsi haqqında vəsatət qaldırıblar.
Vəkillər həmçinin məhkəmə heyətinə etiraz ediblər, belə ki, hakim Natiq Əliyev, bəzi məlumatlara görə, zərərçəkmişin - Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin qohumudur. Məhkəmə birinci məsələ üzrə vəsatəti Gəncə Apellyasiya Məhkəməsinə göndərmək qərarı verib, ikinci vəsatətə cavab vermədən, iclasın başa çatdığını elan edib.
* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o vaxtki icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb. Bundan sonra iyulun 10-da Gəncə administrasiyasının binası qarşısında dövlət başçısına qarşı etiraz aksiyası keçirilib.
Elə həmin gün şəhərdə iğtişaşlar baş verib, iki polis zabiti öldürülüb, bunun ardınca isə dindarlar və digər şəxslər arasında kütləvi həbslər başlayıb.
Bu hadisələrlə bağlı 70 nəfər barəsində cinayət işləri açılıb. Təqsirləndirilən şəxslərm 6 ildən 18 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 10-a yaxın insan şərti azadlığa buraxılıb.
Həbs edilənlərdən ibarət iki qrupun işinə apellyasiya məhkəməsində baxılır. Səfərov və digər 9 nəfərin işi üzrə məhkəmə yanvarda başlayıb. Bu işin daha iki fiqurantı güc qurumlarının xüsusi əməliyyatı zamanı öldürülüb. -30C-
-
- Cəmiyyət
- 17 Fevral 2020 13:20
-
- İqtisadiyyat
- 17 Fevral 2020 14:39
Cəmiyyət
-
İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib.
-
İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki uşaq ölüb, üçü yaralandığı bildirilir. Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
-
İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki uşaq ölüb, üçü yaralandığı bildirilir. Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
-
Yanvarın 19-da səhər və axşam paytaxtda yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 7+11 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz