Reuters

Reuters

Müharibədəki məğlubiyyətə müstəqillik illərində qəbul edilmiş və demək olar ki, inkişaf etməkdə olan erməni inkişaf modelinin iflasa uğraması demək olarmı? Müsbət cavab o faktla əlaqələndirilməlidir ki, uzun müddət bu model çox uğurlu olub və ümummilli arzu kimi cəmiyyətin görünməmiş konsolidasiyasına səbəb olub. Deməli, məsələ ondan ibarətdir ki, bu model  özünün tükəndiyini nə zaman göstərməyə başladı: Ter-Petrosyanın kənarlaşdırlmasından və Köçəryanın "təmiz səhifə”dən başlamasından, Sarqsyanın işğal edilmiş ərazilərin mərhələli azad edilməsindən imtina etdikdən sonra, yoxsa Paşinyanın məxməri inqilabının qələbəsindən sonra? Cavabın paradoksal dəqiqliyi ondan ibarətdir ki, tətbiq olunan erməni modeli azərbaycanlıların yarıyatmış milli şüurunu oyandırdı, nəticədə qonşu dövlətə qarşı duran inkişaf modelini meydana çıxardı. Əslində, ziddiyyətlərlə bağlı olan bu iki model bu gün də mövcuddur və əsas siyasi texnoloji üsuldan istifadə edir: hər bir çağırışa simmetrik cavab. Bu, keçmişdən bu günə qədər uzanan və qeyri-müəyyən gələcəyə gedən bütün qarşıdurma məkanına aiddir. "Qeyri-müəyyəndir", çünki bizim gözümüzün qarşısında yeni erməni inkişaf modeli formalaşmağa başlayır ki, bu da “yaxşı unudulmuş köhnədir" və ya əks halda gələcəyə doğru perspektivli, lakin risklərlə dolu irəliləyişdir. Bu gələcəyi kim necə və necə formalaşdırır, bununla da reallığın və miflərin nisbətinin yeni reseptini hazırlayır?

Seçkidən sonra Ermənistanın siyasi döyüş meydanları küçələrdən parlamentə keçdi, məhz burada gələcəklə bağlı həddindən artıq qızğın müzakirələr gedir və KİV-də siyasi ehtiraslar kontekstində qiymətləndirilir.  Qanuna əsasən, hökumət formalaşdıqdan sonra 20 gün ərzində öz perspektiv fəaliyyət proqramını (2021-2026-cı illər) təsdiq üçün Milli Məclisə təqdim etməlidir. Hakimiyyətyönlü  və müxalifət deputatları arasında məhz bu proqram əsas maneə olub.

"Proqramın hazırlanması zamanı ilkin şərtlər irəli sürməmişik, əksinə, danışıqlar üçün müvafiq mühitin yaradılmasından ötrü zəruri addımlarımızı formalaşdırmaq və proqrama danışıqlar prosesinə əngəl tendensiyasını əks etdirən müddəaları daxil etməmək üçün əlimizdən gələni etmişik", - Paşinyan 6 bölmədən (təhlükəsizlik və xarici siyasət, iqtisadiyyat, infrastrukturun inkişafı, insan kapitalının inkişafı, hüquq və ədalət, institusional inkişaf) ibarət proqramı açıqlayaraq deyəcək. Və artıq bu, gələcəyə iki baxış arasında qarşıdurmaya səbəb olub. Çıxışın əsas tezisləri də  təbii ki, tənqidlərə səbəb olub. Daha çox hakim elitanı birləşdirəcək "ən yaxşı milli potensial"ı kim təşkil edir? Siyasi qütbləşmiş ölkədə "qanunun aliliyi, qarşılıqlı hörmət, nifrət və düşmənçilik dilinin aradan qaldırılması əsasında milli birliyin yaradılması” mümkündürmü? Total məğlubiyyət şəraitində Ermənistan və region üçün dinc inkişaf dövrünün açılmasına tərəfdar çıxmaq olarmı? Ermənistanın öz müstəqilliyini və subyektliyini itirdiyi bir şəraitdə hansı" fəal xarici siyasət"dən danışmaq olar? 2026–cı ilə qədər iqtisadi məqsədlər haqqında bəyanat - "ümumi daxili məhsulun minimum orta illik səviyyəsini 7 faizə, əlverişli xarici iqtisadi şəraitdə isə 9 faizə qaldırmaq, qeyri-dövlət sektorunda əməkhaqqı fondunu və digər ekvivalent ödənişləri ümumi daxili məhsulun 25 faizinədək qaldırmaq, işsizliyin səviyyəsini 10 faizədək azaltmaq, minimum pensiyanın orta həcmini müvafiq olaraq ərzaq və istehlak səbəti dəyərlərilə bərabərləşdirmək, minimum əməkhaqqını 85 min dram (170 dollar) səviyyəsində müəyyən etmək, yoxsulluq həddini aradan qaldırmaq” - populizm deyilmi? Ermənistanın prezident (və ya yarımprezident) idarəçilik formasına qaytarılması məqsədilə konstitusion islahat aparmaq cəhdi hakimiyyətin tam uzurpasiyası demək deyilmi? Ermənistan Baş Qərargahı ölkə rəhbərliyinə qarşı çıxaraq təcili tədbirlər tələb edərkən Paşinyan təsadüfənmi qeyd edib ki, islahatların keçirilməsi məsələsi kəskin şəkildə qoyulub? Niyə "Arsax problemi" həll olunana qədər Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasını sürətləndirmək lazımdır, bəlkə ona görə ki, İlham Əliyevin dediyi kimi, bu problem artıq mövcud deyil?

Bir sözlə, Paşinyanın əleyhdarlarının öz arqumentləri var və onların bir hissəsini dinləmək maraqlıdır.

Amma hakimiyyətin iddiasına görə, Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı müzakirələr zamanı Dağlıq Qarabağ probleminə toxunulmur və dəqiq mövqe mövcuddur: sülh müqaviləsini ancaq münaqişə nizamlandıqdan sonra imzalamaq olar, belə ittihamlar səslənir ki, sərhədlərin uzlaşdırılması Dağlıq Qarabağın statusu məsələsini birdəfəlik aradan qaldıra bilər, çünki Ermənistan bununla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ararat Mirzoyanın xarici işlər naziri təyin edilməsi Rusiya planının həyata keçirilməsini nəzərdə tutur: Dağlıq Qarabağ məsələsinin bağlanması və beynəlxalq qurumlarda nizamlanmanın dayandırılması. Bu, ölkəni birdəfəlik məhv olmaqdan qorumaq üçün sənəd deyil, onun əbədi məhvinin tanınmasıdır, çünki proqramda "Arsax Respublikası" təyini yoxdur, sunyektliyi ləğv edilib və qarşıdakı 5 ildə bu templə birdəfəlik yox olacaq. Hökumət nəsə etmək niyyətində deyil: müharibədən 9 ay keçib və Yerevan üçtərəfli sazişi və barışığı bitmiş elan edə, bununla da Minsk Qrupu səviyyəsinə çıxmağa hazır olduğuna işarə edə bilər.  Və ümumiyyətlə, Türkiyənin də üzvü olduğu "ATƏT-in Minsk Qrupu" yox, "ATƏT-in Minsk Qrupunun həmsədrliyi" termini Ermənistan üçün daha məqbuldur. Lakin kapitulyantlar rejiminin antimilli və uğursuz addımları nəticəsində Türkiyə bu nizamlanmaya mühüm oyunçulardan biri kimi qoşulub.

"Nəqliyyat əlaqəsinin bərpası" ilə Azərbaycanın düşündüyü "dəhliz" arasında nə fərq var: onlar Ermənistanın suveren ərazisinin bir hissəsini nəzarətə götürmək, bu ərazini Ermənistanın suverenliyindən çıxararaq dəmir və avtomobil yolları inşa etmək üçün sazişdə adı çəkilməyən "dəhliz"i əldə etməyə çalışırlar. Təsadüfi deyil ki, "kommunikasion" adlandırılan Moskva-Yerevan-Bakı üçtərəfli qrupu Əfqanıstanda dinamik transformasiyalar zirvəsində yenidən işə başlayıb. Kommunikasiyaların deblokadasının əslində isə Ermənistanın "təhlükəsizlik dəhlizləri"nə parçalanması layihəsinin benefisiarları – Rusiya, Çin və Türkiyə, həmçinin Pakistan "Əfqanıstandakı Amerika vakuumu"nu özləri ilə doldurmağa və öz vəzifələrini həll etməyə çalışırlar. Yolların kəsişməsində yerləşən Əfqanıstan böyük "tıxac"dır. Artıq Pekin "yeni inkişaflar” baxımından  İraq və İranla “Mehri dəhlizi”nin də daxil olduğu “Bir kəmər, bir yol" layihəsi üzrə məsləhətləşmələrə başlayıb. Türkiyə üçün “Mehri dəhlizi” təkcə ticari aspektdə yox,  həm də hərbi texnikanın və qoşunların Azərbaycana, gələcəkdə isə cənub və şərqə sürətlə hərəkəti üçün imkandır. Buna görə də "dəhliz" və "yol" anlayışları, yəni bu kommunikasiyaya nəzarət məsələsilə bağlı mübahisə gedir. Ermənistan üçün regionun əsas və tranzit qovşağına çevrilmək və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq daha yaxşı olmazdımı? Yerevanın layihəyə qoşulmasının tərəfdarı Hindistan və İrandır. Hindistan tərəfinin həm İranda, həm də Ermənistanda səsləndirdiyi son bəyanatlar təsadüfi deyil. Həm Tehranda, həm də Nyu-Dehlidə başa düşürlər ki, Ermənistan Cənubi Qafqazda yeganə dövlətdir (!) ki, onlarla maraqları üst-üstə düşür.

Göründüyü kimi, Ermənistanda və Azərbaycanda hansı inkişaf modelinin qəbul ediləcəyini hələ ki birmənalı proqnozlaşdırmaq çətindir, üstəlik, barışığın durmadan pozulduğunun şahidi oluruq.  

Həmişə olduğu kimi, belə bir şəraitdə də "tarixin müharibələri" sərtləşir, "toponimlərin toqquşması" yenidən baş qaldırır, yüksək səviyyədə siyasi bəyanatların dueli canlanır. Düzdür, bunun öz nou-hausu var: Yerevanın bədbəxtliklərində Ankara, Bakı və Moskvanın kollektiv günahı və məsuliyyəti. Aşağıdakı mətn şərh tələb etmir.

"Bakının hökmranı Əliyev Karvaçarda öz mediasını Ermənistanın yaşayış məntəqələrinin "Azərbaycan" adlarından istifadə etməyə və Vardenisdən başlamağa çağırıb. "Bu yol düz Basarkeçərə aparır. Ermənilər ona Vardenis deyirlər. Ancaq bu rayonun əsl adı Basarkeçərdir",- Əliyev deyib.

Ermənistanda, bir qayda olaraq, Əliyevin tarixi ekskurslarına ironiya ilə yanaşırlar. Bu, müəyyən mənada qanunauyğundur- ermənilərə bu cür cəhdlər qəribə görünür. Lakin bu, başqa bir ifrata gətirib çıxarır – həm öz əraziləri, həm də irs ilə bağlı laqeydliyə. Ermənistan mühitində öz tarixi və yaradılmış sivilizasiyalar haqda  ən azı elementar təsəvvürlərin olmaması bundan başlayır.

Bakı indi öz identikliyinin axtarışındadır-türklər, oğuzlar, Qafqaz tatarları, albanlar və sair. Lakin bu axtarışlar erməni tarixinin və sivilizasiyasının mənimsənilməsi və məhv edilməsi hesabına baş verir. Bu, onlar üçün siyasi millət və dövlət kimi təşəkkül tapmaq yoludur ki,burada Bakını "bədbəxtlik yoldaşları" – erməni bazası üzərində qurulmuş, metodik olaraq erməni sivilizasiyasının izlərini məhv edən Rusiya və Türkiyə dəstəkləyir.

Bu məsələyə erməni yanaşmaları daha çox ritualdır: siyasi təfəkkürün olmaması, özünü qiymətləndirmənin aşağı olması Bakının səylərinin uğur qazanması üçün əlverişli zəmindir. Və burada ictimai-siyasi, akademik dairələrin, medianın düşünməsi üçün bir şeylər var.

Bəlkə də elə  mediadan başlamağa dəyər. Məsələn, dövlətin adı kimi "Azərbaycan" toponimindən istifadədən imtina etmək. Moskva bu süni quruluşu 100 il bundan öncə Ermənistan və İrana zidd olaraq, müəyyən siyasi məqsədlərlə  qurmuş və “Azərbaycan” adlandırmış. İndi isə Rusiya üçtərəfli formatda öz xaç oğlunu dövlət kimi "legitimləşdirməyə", Ermənistana qarşı terror müharibəsinin nəticələrini tanımağa və Yerevanı müvafiq müqavilə imzalamağa məcbur etməyə çalışır.

Hətta "Azərbaycan"ın legitimləşdirilməsinin erməni əraziləri və irsi hesabına baş verdiyini söyləməyə də dəyməz. Biz bununla razıyıq? Odur ki, ən əsasdan - "Azərbaycan" və "Azərbaycan prezidenti" ifadələrindən başlamaq olar. "Azərbaycan"ı dırnaq işarəsində yazmaq və ya  Qərbi Xəzəryanı terminindən istifadə etmək olar. "Azərbaycan prezidenti" əvəzinə "Bakı hökmranı"nı demək olar. Bakının əvəzinə 2- ci əsrdə qurulmuş və çar Bakurun adını daşıyan Bakuakert demək olar. 19-cu əsrdə ermənilər Bakuakertin neft və şəhərsalma sahəsinin inkişafına həlledici töhfə verib, Rusiyanın ilk neft kəməri olan Bakı-Batumi isə erməni sənayeçisi Mantaşyan tərəfindən çəkilib.

Erməni adları Qaqdzak, Partav, Avequ, Axçapat, Karvaçar, Tartar, Akna və bir çox digər yaşayış məntəqələrindən heç söhbət belə getmir –Qərbi Xəzəryanıda onlar saxlanılıb və bu gün də tətbiq edilir. Nahicevandan isə danışmağa dəyməz.

Bu, sadəcə, dil müharibəsi deyil, öz hüquq və iddialarınla bağlı məsələdir. Bakı və Moskva bu diyarın avtoxtonlarına –ermənilərə qarşı aparteid və soyqırım əməllərinə görə cavab verməlidirlər, bu əməllərin son təzahürləri 20–ci əsrdə iki əməliyyatda özünü göstərib: Halqa və 2020-ci ilin payız terror kampaniyası”. - "Əliyev bəhanə verdi. Başlayaq”- lragir.am 18.08.2021

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti