Gəncə icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin rəsmi versiyası formalaşdırılıb - sui-qəsdi islamçı-şiə radikallar törədiblər.
Bu versiya Gəncə sakini Yunis Səfərovu iyulun 3-də Vəliyevi öldürmək cəhdinə vadar edən səbəblər və motivlər haqqında ictimai və rəsmi müzakirələrdən 3 gün sonra formalaşdırılıb.
Səfərovun açdığı atəşlə mühafizəçisini yaraladığı, Vəliyevi tapançanın tutacağı ilə başına vurduğu zərbələrlə iflic etdiyi hadisədən sonrakı ilk saatlarda isə artıq hadisənin təfsirində ictimai və rəsmi fikir ayrıldı.
Sosial şəbəkələr sevinc və Vəliyevin ünvanına təhqirlərlə dolu idi və Səfərovu xalqın qisasçısı mövqeyinə yüksəldirdilər. Azərbaycan üçün adi olmayan hadisəni izləyən xarici diplomatik missiyalar Gəncə başçısının qanunazidd əməlləri haqqında daxil olan siqnalları başa düşsələr də, cəmiyyətin yüksək emosional-aqressiv reaksiyasından şoka düşmüşdü. Qeyd etmək lazımdır ki, bu reaksiya təkcə gəncə ictimaiyyətinə deyil, Azərbaycan əhalisinin bütün sosial cəhətdən fəal təbəqəsinə xas idi.
Hakimiyyət ölkə təbliğatının baş carçısının - prezidentin köməkçisi Əli Həsənovun ağzı ilə operativ olaraq baş verənlərin kriminal versiyasını irəli sürdü. Bu versiya ictimai qiymətləndirməyə zidd idi və cəmi bir neçə gün tab gətirə bildi, sonradan, görünür, Vəliyevin Gəncə meri vəzifəsində uzun illər etdiyi özbaşınalıq və qeyri-etik davranışa görə cəzalandırıldığını hesab edən ictimai rəyin təzyiqi ilə dəyişdirildi. Və prosesə bu ictimai baxış indiyədək dəyişməyib, hakimiyyətin baxışında bütün rejimdə əksini tapır, belə ki, vətəndaşların hüquqlarının pozulması faktları, məmurlar tərəfindən onlara qarşı lovğa və alçaldıcı münasibət Azərbaycanın müxtəlif regionlarında və guşələrində qeydə alınır. Prezident dəfələrlə bunu açıq şəkildə qeyd edib, məmurları vətəndaşların hüquqlarına və hislərinə hörmət etməyə çağırıb.
Yəqin ki, bir çox belə məmurlar özlərini Vəliyevin yerində görüblər.
Sonrakı günlərdə sui-qəsd faktının təfsirləri daha çox ayrılmağa başladı. Cəmiyyət öz fikrinə sadiq qalırdı, hakimiyyət isə islam terroru izindən getdi. Əvvəlcə bu əməl tək şiə radikalın terror aktı kimi təqdim edilirdi. Səfərovun İranın Qum şəhərində şiə kadrları mənbəyində dini təhsil alması, sonradan isə Suriyada bir sıra İŞİD qoşunlarının tərkibində iştirak etməsi haqqında təsdiqini tapmamış məlumatlar sızırdı. Prosesi izləyən ictimaiyyət bu versiyanı qəbul etmədi, belə ki, inandırıcı dəlillərlə bunun təsdiqini almadı. Tənha terrorist versiyası operativ şəkildə iğtişaş törətmək və ölkədə hakimiyyəti ələ keçirmək niyyətində olan bir qrup radikal şiənin sövdələşməsinə çevrilir. Amma bu da az oldu. İyulun 10-da yüzlərlə insan iğtişaş yaratmaq və formalaşmış ictimai sakitliyi pozmaq üçün Gəncənin mərkəzi meydanına çıxır. Toplaşanlarla danışıqlar aparmağa çalışan iki polis zabiti bıçaqla öldürülüb. Zabitlərin qətlində iki nəfər şübhəli bilinib, onlardan biri kriminal xidmət dəftərçəsinə malikdir - əvvəllər talan və qətlə görə mühakimə edilən Rəşad Böyükkişiyev. Gəncənin mərkəzi meydanında baş verən hadisələrin bir çox iştirakçıları kimi, onları da şiə radikallara aid etmək çətindir.
Meydana bu cür aksiyalar üçün müvafiq güc dəstəyi olmadan çıxan zabitlərin susdurmağa çalışdıqları kontingenti tanıması faktı da bunu dəstəkləyir. Polis öz öhdəlikləri və vəzifə borcu olaraq kriminallara qarşı mübarizə aparır və onlara nəzarət edir. Görünür, zabitlər kriminal kontingentin cizgini keçməyəcəyindən əmin idilər. Amma kütlənin içindən iki nəfər bu cizgini keçdi. Onlardan biri tezliklə tapıldı və həbz edildi, ikincisi - Böyükkişiyev əməliyyatçılara silahlı müqavimət göstərməyə cəhd edərkən öldürüldü. Öldürülən (ehtimal olunan əsas qatil) iyulun 10-da baş verənlərə və meydana çıxaran səbəblərə işıq sala bilərdi, amma ipin ucu qırıldı, bu da şiə ölkəsində şiələrin sui-qəsdi versiyasının daha da təşviq və inkişaf etdirilməsinə imkan verir. Bir az qəribə səslənir, deyilmi?
Həmçinin, maraqlıdır ki, şiə İranı Azərbaycan KİV-lərinin Gəncə hadisələrində əli olması ilə bağlı ittihamlarına cavab vermir və Səfərovun Qumda təhsil alması haqqında rəsmi versiyanı təkzib etmir, baxmayaraq ki, bu fakt təsdiq də edilmir.
İddia edə bilmərik, amma fərziyyə olaraq deyə bilərik ki, İranın iştirakı mövzusu prezident İlham Əliyevin İranın səhiyyə naziri Həsən Həzizadə Haşəmi ilə iyulun 13-də Bakıda keçirilən görüşündə diqqət mərkəzində ola bilərdi. İki şəxsin görüşündən azsaylı rəsmi kadrlardan tərəflərin mehribancasına söhbət etdiyi və bəlkə də, Əliyevin, ətrafındakıların təqdim etməyə çalışdığı kimi, İranın sui-qəsd və onun nəticələri ilə əlaqəsi olmadığı haqqında inandırıldığı görünür.
Şiə izinin 2015-ci ildə Bakının Nardaran kəndinin yüzlərlə sakininin həbsi və kənd ərazisində gizli FH tətbiqi ilə yekunlaşan Nardaran işi kimi inkişaf vüsət alıb-almayacağını demək çətindir. Amma bir şey aydındır, nə Azərbaycan ictimai rəyi, nə xarici ekspert qiymətləndirmələri 3 və 10 iyul hadisələrinin rəsmi şiə təfsirini qəbul etmir. Belə olan halda ortaya sual çıxır: Gəncəlilərin hamisi və Azərbaycanın qərb regionunda radikalizmə qarşı mübarizədə prezidentin dayağı kimi qələmə verdikləri Elmar Vəliyevə qarşı ictimaiyyət və ekspertlərin qəbul etmədiyi şiə sui-qəsdi versiyasının tərəfdarları hansı məqsədə nail olmağa çalışırlar?
Rəy yaz