Shoygu, Lavrov and Putin
1 il əvvəl S-400 raketləri Ankaraya gətiriləndə bunun ciddi bir şey olmadığını, pərdə arxasında Washingtonla münasibətlərin əvvəlki qaydada davam etdirildiyini yazmışdıq. Çünki Brüsselin və Washingtonun ən etibarlı adamı ordu generalı Hulusi Akar müdafiə naziri kreslosunda otururdu.
İyunda gələn hava hücumundan müdafiə raketlərinin növbəti ilin aprelində aktivləşdiriləcəyi bildirilsə də virus epidemiyası səbəb göstərilərək raketlər aktivləşdirilmədi (məncə, virus olmasaydı da aktivləşdirilməyəcəkdi).
Məhz ordu generalı Akarın həm NATO həm də Pentagonla qapıları açıq tuta bilməsi sayəsində Türkiyə Liviyadakı vəziyyəti öz xeyrinə dəyişdirə bildi.
Suriya, xüsusilə, İdliblə bağlı məsələlərdə olduğu kimi, Moskva ilə müzakirələrdə də aktiv şəkildə iştirak edən Akar, Rusiyanın təkidli tələblərinə baxmayaraq, cihadçı qrupların İdlibdə qalmasına nail ola bildi.
Bu, Pentagona lazım idi. 27 fevralda Türk ordusunun bölgədə 58 hərbçisini (rəsmi rəqəm 33 idi) itirməsindən sonra Kremldə martın 5-də keçirilən Putin-Erdoğan görüşü əslində formallıqdan başqa bir şey deyildi. O görüş İdlib məsələsiylə bağlı Ankara-Moskva münasibətlərində “pat” vəziyyəti yaratdı və Türkiyə bir anda üzünü Liviyaya tərəf çevirərək oradakı vəziyyəti öz xeyrinə dəyişdirməyə müvəffəq oldu.
Rusiya bunu gözləyirdimi? “Yox” cavabı daha məntiqli görünür. Kremlin belə bir həmləni gözləməməsinin əsas səbəbi-dövlət qurumlarının hardasa hamısının başının Vladimir Putinin 2036-cı ilə qədər vəzifədə qalması üçün konstitusiya dəyişikliyini həyata keçirməyə qarışıb.İkinci səbəb isə Rusiyanın iqtisadi vəziyyətinin getdikcə pisləşməsidir.
Suriya torpaqlarında Türkiyə ilə yaşanan kəskin qarşıdurma Ankaranın bağlı qapılar arxasında vəd etdiyi “Cənub axımı” xəttinin üçüncü və dördüncü fazalarının həyata keçirilməsinin böyük ölçüdə mümkün olmayacağını göstərir.
Bunun davamında “Şimal axımı-2” layihəsinin qabağının tamamilə kəsilməsi Rusiya iqtisadiyyatını ayaq üstündə saxlayan təbii qaz satışının ixracatında böyü problemlər yaratdı.
”Sözcü” qəzetindən Serpil Yılmaz, Türkiyənin ABŞ-dan daha ucuz qiymətə təbii qaz almağa başladığını yazdı (18-19 iyun) Yoxsa Türkiyənin Liviyada üstünlük qazanmasının pərdə arxasında köhnə müttəfiqlə təkcə silah ticarətinin bərpası yox,eyni zamanda, təbii qaz alımı da var? Belə olan halda Avropanın təbii qaz bazarından Rusiyanın böyük ölçüdə sıxışdırılmasından söhbət getməzmi?
Proseslərin təfərrüatını izləyənlər bilirlər ki, 5 martda Kremldəki Putin-Erdoğan görüşü üçün təklif medianın önündə Türkiyə dövlət başçısı tərəfindən gəlmiş, protokol qaydalarını tapdalayan Rusiya dövlət başçısının mətbuat katibi Dmitriy Peskov “Martın 5-də prezidentimizin proqramında başqa tədbirlər var”- sözləriylə, bir növ, Türkiyəni aşağılamışdı.
Cənab Erdoğanın təkidiylə baş tutan görüş ərəfəsində rus mediası “Erdoğan Moskvanın ayağına gəlir”- sözləriylə Türkiyəni bir daha ələ salmışdı.
Türkiyənin Liviyada qazandığı üstünlükdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqunun Ankaraya gəlməsi planlaşdırılmışdı.
Təyyarə göydə dövrə vurub Moskvaya qayıdarkən Sergey Lavrov, “Liviyanın Sitre şəhərində Türkiyənin əməliyyat keçirməyə hazırlaşdığını öyrəndik, onun üçün görüşə getmədik”- şəklində açıqlama verdi.Elə isə iki nazirin Ankaraya səfərinin təyyarə göydə ikən ləğv edilməsinin səbəbi Rusiyanın Liviyada zəif duruma düşməsi və bu dəfə “Moskvanın Ankaranın ayağına getməsi”ydi. Kreml bunu öz eqosuna yaraşdırmadı çünki əcnəbi medianın da ölkə ictimaiyyətinin də bunu hansı tərəfə yozacağını çox yaxşı bilir.Ona görə görüşməmək variantına üstünlük verildi.
Liviyada əldə edilmiş bu üstünlüyü Ankaranın uzun müddət qoruması mümkündürmü? Bölgəni çox yaxşı bilən diplomatlarla danışanda “Yumurtaların hamısını eyni səbətə qoymaması” üçün Ankaraya xəbərdarlıq edirlər.
Türkiyənin Qahirədəki keçmiş səfir, keçmiş xarici işlər naziri Yaşar Yakışı hörmətlə salamlayıram.
Mayis Əlizadə
Rəy yaz