Azərbaycan – 2021 (üçüncü məqalə)

Regiondankənar xarakterli risklər və çağırışlar

İmzalanan üçtərəfli bəyanatda iki dəhliz haqqında 9-cu bənd daha əhəmiyyətlidir: Bunlardan biri artıq mövcud olan Laçın dəhlizidir, digər Mehri dəhlizi isə Azərbaycanın əsas ərazisi, Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında iqtisadi əlaqə üçün Ermənistanın cənub Sünik vilayəti (Zəngəzur) ərazisilə açılmalıdır. Bəzi müəlliflər güman edirlər ki, bu bənd effektiv əks-balans ola bilər və bu, dinc nizamlanma strukturuna davamlılıq verəcək,  onu həm münaqişə iştirakçıları, həm də bütün regional tərəflər üçün sərfəli edəcək. Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrinin aradan qaldırılmasında açar kimi adıçəkilən iki dəhlizin birləşməsi ideyası hələ 1990-cı illərin əvvəllərində ABŞ dövlət katibinin xüsusi müşaviri Pol Qoblun təkliflərində irəli sürülmüşdü.

Bizim fikrimizcə, bu cür əks-balans yalnız Ermənistan və Azərbaycanda eyni statuslara malik olan və lazım gələrsə, özündə nəqliyyat dəhlizlərini ehtiva edən iki ərazi qurumu ideyasının gerçəkləşdirilməsi ola bilər.

Vəziyyətdən yeganə çıxış yolu bütün hallarda reallıq forması almayan qarşılıqlı kompromislərin formalaşdırılması və dəstəklənməsindən ibarət deyil, qarşılıqlı ölçülüb-biçilmiş, təmkinli və bir-birinə zidd siyasi dövlət quruluşu modelinin: Azərbaycan və Ermənistan yaradılmasından ibarətdir. Söhbət iki dövlətin ərazisində hər cəhətdən bərabər, dövlətlər qarşısında mütənasib hüquq və öhdəliklərə malik, muxtariyyət dərəcəsini birlikdə müəyyənləşdirən qurumların formalaşmasından gedir. Yalnız bu halda münaqişələrin, xüsusilə də müharibələrin qarşısının alınması üçün real mexanizm yaranacaq, çünki istənilən birtərəfli volyuntarist qərar qarşılıqlı toqquşmaya aparacaq.

Yalnız bu halda üçüncü qüvvə tərəfindən dəhlizlər üzərində nəzarətdən qaçmaq, Azərbaycan və Ermənistanın bu ərazilər üzərində suverenliyini qoruyub saxlamaq mümkün olacaq. Rusiya isə Cənubi Qafqazın iki qonşu dövlətində öz iştirakını möhkəmləndirməklə Gürcüstandakı proseslərə təsir etmək üçün daha çox imkan əldə edəcək, qoparılmış Abxaziya və Cənubi Osetiya vasitəsilə əvvəlki təsir vasitəsini saxlayacaq. 

Rusiyanın vasitəçiliyilə imzalanan üçtərəfli saziş təkcə Minsk Qrupunun digər həmsədrlərini yox, həm də Qarabağ uğrunda savaşda mühüm rol oynayan Türkiyəni "bort arxasında" qoydu. İndiyədək sazişin saxlanmasının yeganı qarantı Rusiyadır, bu isə o deməkdir ki, regiondankənar qüvvələr onlar üçün arzuolunmaz vəziyyətin dəyişməsindən ötrü konkret addımlar atacaqlar. Avropa İttifaqı Rusiyadan və son zamanlar bir sıra ciddi münaqişələr yaşadığı Türkiyədən qismən yan keçməklə enerji daşıyıcılarının təchizatına nail olacaq. Artıq qeyd etdiyimiz kimi, burada İranla yeni nüvə sövdələşməsindəki uğurlardan çox şey asılıdır. Həmçinin Aİ çox güman ki, NATO-nun "Sülh naminə tərəfdaşlıq" və Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramlarının gələcək taleyi ilə bağlı məsələ qaldıracaq.

Rusiyalı analitiklər qeyd edirlər ki, yaranmış şəraitdə tanınmamış erməni dövlətinin (qondarma DQR) istənilən sərhədlərdə xilası RF üçün geosiyasi vəzifəyə çevrilir, çünki onun süqutu NATO-nun Xəzər dənizinə və onun iki potensial rəqibinin:  Rusiya və İranın sərhədlərinə çıxış imkanlarını təmin edəcək.

Vaşinqtonda hakimiyyət dəyişikliyi bütün dünya üçün vacib olan bir suala cavab verməlidir: ABŞ-ın dünya siyasətinə təsirinin azalması müvəqqətidirmi, yoxsa dünyanın müxtəlif strateji regionlarında bu təsirin mərhələli şəkildə dağılması dövrü başlayıb? Maraqlıdır ki, bu gün belə regionlar kimi Vaşinqtonun son zamanlar təşəbbüsü Moskva, Ankara və Tehrana güzəştə getdiyi Yaxın Şərq və Cənubi Qafqaz hesab edilə bilər. Bununla yanaşı, vəziyyətin dayanıqsızlığı və gələcək hadisələrin gözlənilməzliyi bir çox hallarda regionda sülhü təmin etməyə, rəqibləri buraxmamağa qadir regional hegemonluğun olmaması ilə izah edilir. Məsələn, bu gün Moskva hətta Cənubi Qafqazda öz ənənəvi təsir dairəsində Ankara ilə tandemdə fəaliyyət göstərməyə məcburdur.

İkinci Ermənistan-Azərbaycan Müharibəsindən sonra münaqişənin nəticəsi ənənəvi olaraq bu münaqişədə öz maraqlarını qiymətləndirən, potensial müttəfiqləri və rəqibləri müşahidə edən xarici qüvvələrdən daha çox asılı vəziyyətə düşməyə çalışır.

Fransa bu baxımdan daha fəal mövqe tutub. Amma E. Makronun Fransanı müstəqil, yaxud AFR ilə tandem şəklində beynəlxalq siyasətə təsirin yeni səviyyəsinə çıxarmaq səyləri görünür. Ümumilikdə, bütün aktyorlar başa düşürlər ki, Fransa məhdud nüfuza malik əhəmiyyətsiz oyunçudur. Bəzi analitiklər güman edirlər ki, Parisin Ankara ilə toqquşması onunla əlaqədardır ki, Makronun xarici siyasəti Ərdoğanın siyasətilə müəyyən oxşarlıq nümayiş etdirir. Çünki hər iki lider öz ölkəsinin regional təsirini genişləndirməkdə tamamilə əzmlidir. Amma Makron açıq şəkildə uduzur, buna görə də Moskva və Ankara Yaxın Şərq və Cənubi Qafqaz regionlarında bir münaqişəyə belə hərbi təsir imkanından məhrum olan Fransanı prinsipial olaraq nəzərə almırlar. Fransanın beynəlxalq siyasətdə rolunun gələcəkdə azalacağına şübhə yoxdur.

Zahirən hətta həssas iqtisadi maraqlar zonasında cərəyan edən münaqişədən sanki özünü kənarlaşdıran Böyük Britaniyaya qarşı tamamilə fərqli münasibət nümayiş etdirilir. Qərb şərhlərində belə fikirlər var ki, Ankaranın siyasətinin arxasında, xüsusilə Moskva və Paris ilə münasibətlərin arxasında Rusiyanın beynəlxalq məsələlərə dağıdıcı təsirinin pozulmasında və Fransa ilə AFR alyansının potensialının azaldılmasında maraqlı olan London durur.  Bu kontekstdən belə çıxır ki, Moskva Ankara ilə qismən məcburi əməkdaşlıq edir və öz milli maraqlarının bərqərar edilməsi praktikasını və prinsiplərini sonuncuya hər zaman qəbul etdirə bilmir. Digər tərəfdən, Aİ-nin Türkiyəyə qarşı sərt siyasət yürütməkdə qətiyyətsizliyilə izah olunur.

Türkiyə Böyük Britaniyanın (Aİ-dən çıxmış) köməyilə “Cənub” qaz dəhlizini Avropa İttifaqının siyasətinə təsir mexanizminə çevirməyə çalışır, perspektivdə bu dəhlizə Mərkəzi Asiya dövlətlərinin enerji daşıyıcılarının qoşulması var. Və burada ərəb ölkələrinin bir hissəsi ilə yeni, o cümlədən enerji alyansları formalaşdıran İsraildə xoşagəlməz seçki dilemması ortaya çıxır: Ankara, yoxsa Tehran?

Cənubi Qafqazda bu və ya digər geosiyasi sabitlik (və ya əksinə, qeyri-sabitlik) modeli enerji daşıyıcılarının nəqli marşrutlarını və Mərkəzi Asiya regionundan həm Qərbə, həm də Şərqə kommunikasiyaların çəkilməsini müəyyənləşdirib və gələcəkdə də müəyyənləşdirəcək. Onilliklər ərzində neft və qaz kəmərlərinin çəkilməsi məsələsilə bağlı necə mürəkkəb oyunun aparıldığını xatırlamaq kifayətdir. Bakı-Tbilisi-Ceyhan marşrutunun necə çətinliklə mənimsənildiyini xatırlamaq kifayətdir. Qaz təchizatı ilə bağlı necə çoxgedişli oyunlar oynanılır:  Azərbaycan üçün onun qaz layihələrinə Türkmənistanın qoşulması çox vacibdir. Amma bu, belə tandemi "Qazprom"un ciddi rəqibinə çevirdiyindən Rusiya Xəzərin hüquqi statusunun həll olunmamasından istifadə edərək və nə qədər ki Çin qaz kəmərini öz tərəfinə çəkməyib, Türkmənistan qazını alaraq Türkmənistanın qarşısını kəsib.

İndi enerji savaşına Çin də qoşulub. Bu o deməkdir ki, tezliklə biz münaqişəlilik qövsünün ikinci region tərəfə müəyyən yerdəyişməsilə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geosiyasi bağlılığının möhkəmlənməsinin şahidi olacağıq. Bəlkə də buna görə bizim gözümüzün önündə Rusiya və Qazaxıstan arasında ərazi mübahisəsi formalaşır.

Pandemiya Böyük İpək Yolu layihəsinə marağı azaldıb, amma təbii ki, onun irəliləməsini dayandırmayıb. Çox güman ki, artıq 2021-ci ildə Qərb dünyası dinamik irəliləyən və özünə müvəqqəti müttəfiq kimi Rusiyanı seçə biləcək Çinlə qarşılaşacaq.

Belə toqquşma üçün ən çox ehtimal olunan məkan Cənubi Qafqaz və Mərkəzi Asiya olacaq. Beləliklə, İkinci Dağlıq Qarabağ müharibəsinin nəticələrinə görə yaranmış risklərin və təhlükələrin aradan qaldırılması üçün Azərbaycanın çox az vaxtı qalıb.

Əli Abasov


İkinci məqalə

Birinci məqalə


Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti