Putin and Erdogan agreed to create a demilitarized zone in the Idlib region / Mikhail Metzel / TASS

Putin and Erdogan agreed to create a demilitarized zone in the Idlib region / Mikhail Metzel / TASS

İdlib probleminin Türkiyə üçün də Rusiya üçün də “divardan asılı tüfəng” olduğunu, divardan endirilməməsi halında, vaxtı gələndə, mütləq açılacağını dəfələrlə yazmışdıq. Vaxtının gəldiyini 3 il əvvəlki Soçi görüşü müəyyənləşdirmişdi:həm də qəti şəkildə həm də təxminən 20 gün vaxt verilərək.

Ancaq ipə un sərilərək yola verilən bu 3 ilin nəticəsi İdlibin cihadçı qruplardan təmizlənməsiylə nəticələnməyincə Rusiya hərbi hava qüvvələrinin şiddətli bombardmanları və Əsədin quru qüvvələrinin gözlənilən əməliyyatları yeni bir Soçi görüşünü də özüylə gətirib-gəldi. Sentyabrın 29-dakı görüşdən sonra nəinki mətbuat konfransı keçirilməsi, heç ənənəvi mətbuat açıqlamasının da verilməməsi Moskvanın tələblərinin qısa və konkret olduğuna işarə edir: İdlib tamamilə boşaldılsın, Liviyadakı proseslərə müdaxilə edilməsin, Qarabağdakı hərbi əməliyyatlar vaxtı Qafqaza göndərilən (Rusiyanın iddiasıdır) cihadçılar bölgədən tamamilə çəkin.

Türkiyə dövlət başçısının hələ Nyu-Yorkdan verdiyi S-400 mesajının, Soçidəki görüşdən əvvəl xatırlatdığı Mersin-Akkuyu atom stansiyasının, “Türk axımı” layihələrinin də Moskvanın konkret tələbləri üzərində təsir yarada bilməməsi ehtimalı güclüdür.

Qapıdan yola salma mərasimində Vladimir Putinin Türk həmkarına Sputnik V peyvəndi təklifinin qarşılığında cənab Erdoğanın BionTech/Pfizer peyvəndindən vaz keçməyəcəyinə dair təkidi Boçarev Ruçey iqamətgahının qabağındakı məcburi təbəssümlər naminə idi. “Mülayim” deyə xarakterizə etdiyii (oradakı təşkilatın «terrorçu» olmasına dair parlamentin qərarı da var) qrupların İdlibdən çıxması üçün Ankara onlara hər hansı şəkildə təlqinlər edəcəyi mümkün görünmür. Çünki mövcud hökumət bu işə, hər şeydən əvvəl, ideoloji bir məsələ kimi baxır. Geostrateji baxımdan yanaşanda isə 6 mart 2020-ci ildə Kremldə əldə edilmiş atəşkəs razılaşmasına baxmayraq,

İdlbin cihadçı qüvvələrdən təmizlənməməsi Lazkiyə limanına gedən yolun təhlükə altında qalması deməkdir ki, o limanda Rusiyanın dəniz bazası yerləşir. Ölkənin can damarı olan M-4 yolunun uzun müddət bağlı qalması Rusiya kimi Suriyanın da əsla qəbul etməyəcəyi durum olmaqla yanaşı, Türkiyə o bölgədən çıxacaq cihadçı qrupları qəbul etmək gücünə malik ola bilməyəcək: Ankara üçün ən ciddi problemlərdən biri də budur. Proseslərin silsiləvi xarakteri daşıyacağını və İdlibdən sonra Ankaranın qabağına Suriyanın bütün bölgələrindən çıxma tələbiinin qoyulma ehtimalının da yüksək olacağını hökumətin təxmin etməməsindən söhbət gedə bilməz və bu qədər həmlədən sonra öz sərhədlərinə çəkilmək siyasi islamın əsla istəmədiyi bir durum olacaq.

Bu isə Türkiyənin, başda Qafqaz olmaqla, digər bölgələrdə də yürütdüyü siyasətə təsirsiz qalmayacaqdır. Yəni, “fəth” paroluyla çıxılan yolun sonu sərhədlərin daxilinə çəkilməkdən ibarət olacaqsa, bundan sonra üçün iki yol qalacaqdır: 1)Bəzi Afrika ölkələrinə “müsəlman böyük qardaşlığı” paroluyla ciddi maddi yardımlar edərək bununla təsəlli tapmaq;2) “Türkçülük” duyğularını bir az yüksəldərək Orta Asiyaya yönəlmək (oralarda bunun qarşılığının olub-olmayacağı da məlum deyil).

Daxili siyasətin pərdə arxasındakı gəlişmələr getdikcə konkretləşir, konkretləşmə isə artıq bütün partiyaların erkən seçki atmosferinin qoxusunu aldıqlarına işarə edir. Müxalif ittifaqın ikinci partiyasının (İYİ Partiya) lideri Meral Akşenerin prezidentliyə namizəd olmayacağını “Mən baş nazir olacağam” sözləriylə açıqlamasından sonra ortaya çıxan mənzərə kürd mənşəli partiya ilə pərdə arxasındakı dialoqun ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP), sağ, mərkəz sağ və mühafizəkar partiyalarla dialoqun isə İYİ Partiya tərəfindən aparılacağını göstərdi.

Müxalif blokun əsas məqsədinin parlamentar sistemə qayıtmaq olduğu Akşener tərəfindən bu qədər qəti şəkildə açıqlanınca AKP-dən ayrılan Gələcək Partiyası (keçmiş baş nazir Ahmet Davutoğlu) və DEVA Partiyasının (baş nazirin keçmiş müavini Ali Babacan) buna çox həvəsli olduğu göründü;indiyə qədər müxalif bloku ideoloji baxımdan olmasa da bir çox nöqtədə dəstəkləyən Temel Karamollaoğlunun Saadet Partiyası da parlamentar sistemə qayıdış ittifaqına tərəddüdsüs dəstək nümayiş etdirdi.

İşin qəribə tərəfi budur ki, 3.5 il əvvəl dəyişdirilmiş idarəçilik formasında mövcud iqtidar ittifaqının 50% səs almasının çox çətin olacağını dərk edən “yandaş” jurnalist-yazarlar da «parlamentar sistem» məşqləri etməyə başladılar. Başqalarına ironik gələ bilər ancaq şəxsən özüm çox normal qarşılayıram.

Çünki bu durum siyasi sistemin diri olduğunu göstərir.

Xalqın iradəsi kimi. . .

Mayis Əlizadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti