Nikol Paşinyan rejimi erməni xalqına verdiyi vədlərin yerinə yetirilməsi zərurətinin ağır mərhələsinə daxil olub. Vədləri yerinə yetirmək isə mümkün deyil, çünki Paşinyan Rusiyanın əlaltılarını həbs etdi və "Yerkrap" ictimai təşkilatının rəhbəri, istefada olan qarabağlı generalın Moskvaya lazım olmadığını hesab edərək azad etdi.
Ermənistanda korrupsiya məhv edilməyib, belə ki, Paşinyan mafioz qrupların rəhbərlərindən heç kimi həbs etməyib. Paşinyanın hakimiyyətə gəlişi ilə ermənilərin həyat səviyyəsi pisləşib, çünki çörəyin qiyməti qalxıb, Gürcüstan isə öz ərazisilə Ermənistan taxılının avtonəqliyyatla daşınmasını qadağan edib. Ermənistanın xarici siyasətində vəziyyət çox pisdir: Aİ və ABŞ əvvəlki kimi ölkəyə lazımınca pul yardımı göstərməyiblər. Rusiya ilə münasibətlər yaxşılaşmayıb, əksinə pisləşib. Bu da Gümrüdəki 102-ci bazanın erməni kəndində atışma təşkil etməsi və Putinin eks-prezident R.Köçəryanı nümayişkaranə şəkildə dəstəkləməsindən məlum olur. Paşinyan Köçəryanı həbs etməyə cürət etmədi. Putinin Ermənistanın yeni rəhbərliynə mənfi münasibəti o qədər açıqdır ki, Rusiyanın "Kommersant" qəzetinin müxbirinin diqqətini çəkib. O, Paşinyanın Moskvada Rusiya-Ermənistan münasibətlərinin yaxşı olması barədə fikirlərinin yalan olduğunu üzə çıxarıb.
Politoloq İlqar Vəlizadə Ermənistandakı hadisələri belə ümumiləşdirib: yeni hakimiyyət öz maraqlarını həyata keçirmək üçün məhkəmələrdən, repressiv aparatdan istifadə edir. Paşinyanın sələfləri belə metodlarla hərəkət ediblər. Keçmiş hakimiyyət vaxtilə onu həbsə atarkən belə etmişdi, məhkəmələr və hüquq-mühafizə orqanlarından alət kimi istifadə etmişdi. Bu gün isə Paşinyan vədlərə baxmayaraq, eyni şeyi edir, həmin alətdən istifadə edir. Yəni, Ermənistanda hakimiyyət dəyişib, ancaq metodlar dəyişməyib.
Sentyabrın 11-də Ermənistan mətbuatında Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan arasında telefon danışığının qeydləri yayılıb. Xarakterik olaraq, söhbətin tam mətni Rusiyanın "Novosti" İnformasiya Agentliyinin Yerevan filialının saytında yerləşdirilib. Həmsöhbətlər Paşinyanın hüquq-mühafizə orqanlarındakı əleyhdarlarının həbsi barədə əmrlərini yerinə yetirmək istəmədiklərini, yeni baş nazirə xidmət göstərməyə hazır olmaqdansa Sarqsyana və Köçəryana hörmət ifadə edirlər. Ekspertlərin fikrincə, telefon söhbətinin Ermənistan ictimaiyyətinin diqqətinə çatdırılması Moskvaya lazım idi. Əgər belədirsə, Moskva öz istəyinə nail oldu, çünki baş nazir özündən çıxıb və mitinqdə çıxış edərək hakimiyyətdəki əleyhdarlarının həbsinə çağırıb, "iki saat ərzində onların mühafizəçilərini üzə çıxarmağa" çağırıb. Sentyabrın 11-də iki saat bitib, ancaq Paşinyanın əmri yerinə yetirilməyib.
Ermənistandakı siyasi prosesləri öyrənən Elxan Ələsgərov FB səhifəsinin oxucularının diqqətini ona yönəldir ki, telefon qalmaqalı "qəhrəmanları"ndan biri söhbət zamanı Rusiyada olub. Məgər, Ermənistan xüsusi xidmətinin rəhbəri o qədər avamdır ki, Moskvada onun telefonunun dinlənilməsi ehtimalını nəzərə almayıb? Bu məsələ ilə bağlı onlar bir gündən sonra Yerevanda da danışa bilərdilər. E.Ələsgərovun buradan belə versiyası irəli gəlir: həmsöhbətlərdən biri danışığa qəsdən təşəbbüs göstərib. Ola bilsin ki, Rusiya tərəfinin diqqətinə çatdırılması üçün təcili məsələnin detalları lazım olub. Görünür, kadr siyasəti Paşinyanın siyasətində ən zəif bənddir. Əgər əlavə etsək ki, "Sasna Tsrer" cinayət qruplaşmasının təpədən dırnağa qədər silahlı üzvləri siyasi partiya yaradıblar, növbəti hadisələr haqda fikir yürütmək çətin deyil.
Qeyd edək ki, Paşinyan Sarqsyanın zamanında Yerevanda polis işçisinin ölümü ilə nəticələnən terror aktına görə həbs edilən və mühakimə olunan "Sasna Tsrer"i azadlığa buraxıb.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş zabiti Akif Həsənov qeyd edir ki, Ermənistanda inqilab qoxusu gəlir və hazırda Qarabağ Paşinyanın yadına düşmür. "Biz güman edirdik ki, onun problemləri ilin sonunda başlayacaq, ancaq görünür, hər şey çox tez olacaq. Onun Putinlə görüşündə hər şeyin yaxşı olmasına dair fikirlərlə razı deyiləm. Xüsusi xidmət orqanlarının iki rəhbərinin məxfi telefon danışığının sızdırılması bunun ermənilərin öz işi olması ilə bağlı şübhələr yaradır. Üstəlik, Paşinyanın mitinqdəki isterikası onun gələcək qarşısındakı real qorxusunu nümayiş etdirdi. "Xalqın baş nazirini" tənqid edən Ermənistan KİV-in tonu dəyişib",- A.Həsənov qeyd edib.
Azərbaycanın ekspert cəmiyyətində ölkənin ünvanına qeyri-diplomatik bəyanatlarla çıxış edən Paşinyanın aqressiv-təhqiramiz ritorikasını müşahidə edirlər. Siyasətçi Tofiq Yaqublu və hərbi ekspert Üzeyir Cəfərov təəccüb edirlər ki, Yerevandan belə bəyanatlar eşidən xarici işlər naziri Elmar Məmmədyarov Paşinyanın danışıqlar prosesini bloklaması ilə bağlı təəssüfləndiyini bildirir.
Paşinyanın həqiqətən ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesini davam etdirmək niyyətində olmaması çoxları tərəfindən nəzərə çarpıb. Təəccüblüdür, ancaq Paşinyanın qələbəsindən öncə rəsmi Bakı müntəzəm olaraq Minsk Qrupundan narazılığını bildirib, Bakıdakı hökumətyönlü ictimai xadimlər isə Ermənistanla danışıqları başqa formatda aparmağa çağırıblar. İndi isə Paşinyan danışıqlar prosesinin imitasiyasına son qoyduğu bir vaxtda Azərbaycan XİN danışıqların məhz narazı qaldığı Minsk Qrupunun himayəsi altında bərpa edilməsi istəyini bildirib.
Əslində Paşinyan Bakı ilə danışmaq istəmir. Təsəvvür eləmək çətindir: ancaq belədir: Sentyabrın 12-də Ermənistan Milli Məclisində "Şant-2018" komanda-qərargah təlimləri çərçivəsində müharibə elan olunması barədə qərar qəbul edilib. "Ermənistan hökumətinin "Müharibənin elan edilməsi barədə təklifin təqdir olunması" haqda təklifini əsas götürərək Ermənistan Konstitusiyasının 118-ci maddəsinin birinci bəndini və "Ermənistan MM-in nizamnaməsi" konstitusiya qanununun 105-ci maddəsini əldə rəhbər tutaraq Ermənistan Milli Məclisi Azərbaycan Respublikasına müharibə elan etməyi qərara alır", - Ermənistan MM-in məlumatında deyilir.
Paşinyanın Qarabağla məşğul olmaq istəməməsini onun bəyanatından başa düşmək olar, Elxan Ələsgərov ehtimal edir.
1.Azərbaycan hökumətinin qeyri-konstruktiv, aqressiv fəaliyyəti və ritorikasına görə formalaşan hərbi atmosfer danışıqlar prosesinə daha çox mane olur";
2. Paşinyan bir daha təsdiqləyib ki, özünü Qarabağ adından danışıqlar aparmağa səlahiyyətli hesab etmir, çünki bu ölkənin nə prezidentidir, nə də baş naziri;
3. Paşinyan qeyd edib ki, Qarabağın iştirakı olmadan münaqişənin həlli mümkün deyil;
4. Paşinyan Qarabağ danışıqlarında Ermənistan tərəfindən kompromisləri istisna edib.
Görünür, Paşinyan B.Saakyanın, S.Sarqsyan və R.Köçəryanın əlaltılarının idarə etdiyi Qarabağ üzərində nəzarəti itirib. Paşinyan öz ziddiyyətli və uydurma bəyanatları ilə hakimiyyətini saxlamaq üçün legitim imkanlarını itirir. Ermənistanda dövlətçilik öləziyir və bu mürəkkəb vəziyyətə, deyəsən, Azərbaycan son qoymalı olacaq.
Prezident İlham Əliyev "Azərbaycan Dağlıq Qarabağ Respublikası ilə danışıqlar aparmalıdır" tezisinin qəbuledilməzliyini bəyan edib. Bakı işğal edilmiş Azərbaycan torpaqlarının guya "Dağlıq Qarabağ Respubikasının" bir hissəsi olması barədə bəyanatları qəti şəkildə rədd edir. Belə təəssürat yaranır ki, Paşinyan danışıqlar prosesini pozmağa cəhd edir və nəticələrə görə bütün məsuliyyət onun üzərinə düşür", -E.Ələsgərov vurğulayıb.
Rəy yaz