Beijing plans to set up institutions in Hong Kong to perform 'necessary duties' related to maintaining national security.Thomson Reuters

Beijing plans to set up institutions in Hong Kong to perform 'necessary duties' related to maintaining national security.Thomson Reuters

İlk növbədə, ondan ki,  “bir ölkədə, iki sistemdə” liberalizm və avtoritarizm o qədər kəskin şəkildə toqquşublar ki, münaqişəyə dünyanın xeyli hissəsini daxil ediblər və nəticə ancaq tərəflərdən birinin məğlubiyyətində görünür. Faktlara müraciət edək.

Məsələnin tarixçəsi: 260-dan çox adanı birləşdirən Honkonq və ya Syanqan 1842-ci ildə Böyük Britaniya tərəfindən işğal edillərək koloniyaya çevrilmişdi. Honqonqun sahə üzrə böyük (əhali baxımından kiçik) hissəsi (Yeni ərazilər adlandırılan) 1898-ci ildə Çindən 99 il üçün icarəyə götürülmüşdü. London bu əraziləri 1997-ci ilə qədər Çinə vermək öhdəliyindən heç vaxt imtina etməmişdi ki, bu da müəyyən edilmiş müddətdə baş verdi. Den Syaopinin “bir ölkə, iki sistem” kursu çərçivəsində Honkonq muxtariyyət kimi yerli sakinlər tərəfindən idarə olunur. Muxtariyyətin müdafiəsi və xarici siyasət məsələsi ÇXR hökumətinin üzərində qalır, halbuki, Honqonq qanunvericilik, polis, pul sistemi, rüsum, immiqrasiya siyasətinə nəzarət edir, beynəlxalq təşkilatlarda və onların tədbirlərində təmsilçiliyini saxlayır.

ÇXR Ümumçin Xalq Nümayəndələri Məclisi (ÜXNM) mayın sonunda elan edib ki, Honkonqda təhlükəsizlik haqqında qanun tətbiq etmək niyyətindədir. Bu qanunla muxtariyyətin bölünməsi, pozuculuq fəaliyyəti, terrorizm və ona xarici müdaxilə qadağan ediləcək. Bu qanun layihəsinin işlənməsi ÜXNM Daimi Komitəsinə həvalə edilib. Belə hesab olunur ki, bu orqan bir ay yarım ərzində öz işini başa çatdıracaq, buna görə də qanun yayın sonu - payızın əvvəlində qüvvəyə minə bilər. Bununla əlaqədar müşahidəçilər muxtariyyatda hüquqi sərtləşmələrin baş verməsini gözləyirlər, məsələn, vətəndaş fəallarının təqib olunması, milli təhlükəsizlik normalarının pozulmasına görə uzunmüddətli həbslər və s. kimi. Ən başlıcası, Çinin təhlükəsizlik xidmətləri ÇXR ordusunun bölmələri kimi Honkonqda tamamilə qanuni və açıq fəaliyyət göstərə bilər.

Ötən il Honkonqda keçirilmiş kütləvi etiraz aksiyaları hamının yadındadır, amma bu gün çox az adam xatırlayır ki, 2003-cü ildə Honkonqa və Çinin digər muxtar şəhəri Makaoya (Portuqaliyanın keçmiş müstəmləkəsi) təklif edilmişdi ki, qiyama təhrikə, pozuculuq fəaliyyətinə, bölünmə və xəyanətə görə qadağaları ehtiva edən qanun qəbul etsin. Qanunda hüquq-mühafizə orqanlarının səlahiyyətləri gücləndirilirdi, əgər hesab edirdilərsə hakimin sanksiyasının ləngiməsi milli təhlükəsizliyi təhdid edir,  o zaman ordersiz axtarış aparmağa icazə verilirdi. Qanun Honkonq tərəfindən rədd edildi və vətəndaş hərəkatının o qədər də inkişaf etmədiyi Makaoda qəbul olundu. Qeyd etmək lazımdır ki, Makaoda qanun qəbul edildiyi 11 il ərzində praktiki olaraq tətbiq olunmayıb.

Honkonqun hüquqi bazası BMT mülki və siyasi hüquqlar üzrə Beynəlxalq Paktın normalarına əsaslanır, bu Paktda isə milli təhlükəsizliyə qorxu olduğu hallarda hüquqların məhdudlaşdırılmasına imkan verən müddəalar var. Elə buna görə də əsasən Honkonqda müstəqillik uğrunda çıxış edən təşkilatların qadağan olunması haqda qanun qüvvədədir.

Bu gün həbsləri Honkonq polisi həyata keçirir, qanunu pozanlara qarşı ittihamı isə Honkonq prokurorları irəli sürürlər. Lam administrasiyasının rəhbəri bildirib ki, Honkonq polisi bundan sonra da hüquq-mühafizə funksiyalarını həyata keçirəcək, amma bu, sakinlərdə şübhə doğurur.

İndi də ABŞ-ın və ümumilikdə Qərbin reaksiyası barədə. “Pekinin qərarı BMT tərəfindən təsdiq edilmiş Çin-Britaniya bəyannaməsinə uyğun olaraq təsis edilmiş Honkonq muxtariyyətinin devrilməsinə yönələn növbəti addımdır. Yerlərdəki faktları nəzərə alaraq, bu gün heç bir ağıllı adam təsdiqləyə bilməz ki, Honkonq Çindən yüksək muxtariyyətini saxlayır”, - ABŞ dövlət katibi M. Pompeo  bildirib (27.05.20). ABŞ Honkonqun xüsusi statusunu ləğv etməyə hazırlaşır və bununla da muxtariyyəti ticarət imtiyazlarından, əsasən materikdə olduğundan daha aşağı tariflərdən məhrum etmiş olur. “Çin “bir ölkə - iki sistem” formulunu “bir ölkə - bir sistem” ilə əvəz edib, ona görə də sərəncam vermişəm ki, mənim administrasiyam Honqkonqa imtiyazlar verən  güzəştlər siyasətinin ləğvi prosesinə başlasın”, - D. Tramp deyib. ABŞ prezidenti açıqlayıb ki, bu, Honkonq ilə bir sıra sazişlərə, o cümlədən ekstradisiya, ixrac və ikili təyinatlı məhsulların ticarəti məsələlərinə toxunacaq.

Böyük Britaniya, Avstraliya, Kanada və ABŞ birgə bəyanat imzalayıblar. Bəyanatda qeyd olunur ki, Pekinin Honkonq üçün milli təhlükəsizlik haqqında qanunun hazırlanması barədə qərarı regionun muxtariyyəti ilə bağlı Britaniya və ÇXR-in imzaladığı bəyannaməyə ziddir. ÇXR XİN rəsmi nümayəndəsi Çjao Litszyan digər ölkələri Honkonqun işlərinə müdaxiləni dayandırmağa çağırıb.

Analitiklərin bir qismi hesab edir ki, ABŞ-Çin münasibətlərinin kəskinləşməsi, sadəcə, ABŞ-da seçkiqabağı tamaşanın səhnəsidir. Çünki qarşıdurma bu kampaniyanın əsas xarici siyasi mövzusuna çevrilir. Digər tərəfdən, pandemiyanın nəticələrinin aradan qaldırılmasında Çinin ABŞ və Qərb ölkələrini qabaqlaması faktoru nəzərə  alınır ki, Pekin bundan xaricdə malların dempinq qiymətinə miqyaslı alışı, dünyada öz iqtisadi irəliləmə tempini sürətləndirmək üçün istifadə edə bilər. Belə irəliləyiş Pekinə ABŞ və Rusiya arasında silahlara nəzarət üzrə yeni sazişlərə qoşulmaq ilə bağlı Vaşinqtonun təkidli xahişini qəbul etməməyə imkan verəcək.

Suala cavab vermək qalır: hazırkı qarşıdurma ikiqütblü dünyanın formalaşmasına, liberalizm və avtoritarizmin toqquşmasına səbəb olacaqmı?

Baxaq, təhlükəli olan nədir? ABŞ sanki Çin əleyhinə sərt siyasəti ilə özünü küncə sıxışdırıb. Tramp administrasiyası tərəfindən qəbul edilmiş “ÇXR-ə strateji yanaşma” adlı sənəddə bildirilir ki, Çin İqtisadiyyat, ideologiya və milli təhlükəsizlik sahəsində ABŞ-ın strateji rəqibidir. İndi Vaşinqton ya Pekini öz iradəsinə tabe edəcək, ya da paradoksal olaraq Çini yox, dünyanın ən güclü maliyyə mərkəzlərindən birini dağıtmaqla Honkonqu cəzalandıracaq.

Honkonqlular demək olar ki, əsrin dörddə biri qədərdir ki, ÇXR vətəndaşlarıdır, lakin indiyədək özlərini çinlilər hesab etməkdən imtina edirlər, çünki başqa identikliyə öyrəşiblər və Çin dilinin başqa dialektində- kanton dilində danışırlar, Pekində qəbul edilmiş mandarin dilində yox, bundan əlavə, materik Çindən çox fərqli dini plüralizmi təbliğ edirlər. Hər il iyunun 4-də on minlərlə, bəzən yüz minlərlə adam 1989-cu ildə Tyananmen meydanında həlak olanların xatirəsini yad etmək və bu faciənin günahkarının (Çin Kommunist Partiyası) adını çəkmək üçün kraliça Viktoriya parkında toplaşırlar.

İndiyədək demək olar ki, etirazlara təhrik edən bütün qanun layihələri bu və ya digər şəkildə geri çağırılıb. Bu, cinayətlərdə şübhəli bilinən şəxslərin verilməsi haqqında 2019-cu il sazişinə də aiddir. İndi vəziyyət kəskin şəkildə dəyişir.

Çin ikiqat təzyiqə məruz qalıb – Honkonq tərəfdən daxili və ABŞ tərəfdən xarici. ABŞ-a güzəştə getmək istəmir, amma gərginlik deyilənlərə görə, vətəndaş müharibəsinə keçməyə qadir olan yeni güclü etirazlara səbəb ola bilər. Daha vacibi isə odur ki, Honkonqla bağlı vəziyyət Tayvanı ÇXR ilə mərhələli inteqrasiya planından çəkindirə bilər.

Bəzi Qərb KİV-ləri proqnozlaşdırırlar ki, perspektivdə Pekin münaqişədən qalib çıxacaq, çünki sanksiyalar Honkonqu ÇXR-ə daha möhkəm bağlayacaq, baxmayaraq ki, bu gün  Çin əsas investordur, bəlkə də yeganə ola bilər! Honkonqun bugünkü geniş muxtariyyətinin nəyə çevriləcəyini təxmin etmək olar.

ABŞ-ın bəyanatları artıq rəsmi Çin tərəfindən “Honkonq modeli” vasitəsilə ÇXR daxilində sosial sistemi dəyişmək, Honkonqdan daxili ərazilərdə separatçı, pozucu fəaliyyətin həyata keçirilməsi üçün platsdarm kimi istifadə etmək cəhdlərinin etirafı kimi şərh edilir.

Beləliklə, qarşıdurma kompromislər yolu ilə ondan qaçmağın mümkün olmadığı qədər kəskindir. O, təhlükəli siyasi və iqtisadi proseslərlə qızışdırılır ki, bir yandan da pandemiya bunu sürətləndirir. Dünyada qloballaşmaya güclü zərbə vuran milliyyətçiliyin, ksenofobiyanın, izolyasionizmin artması göz qabağındadır. Belə görünür ki, “işsizliyin artması, iqlim dəyişikliyinin yaratdığı təbii fəlakətlər və xəstəliklərin yayılması ilə birlikdə narazılığı daha da dərinləşdirəcək” rəyi ilə razılaşmaq lazım gələcək.

Liberalizmin avtoritarizmlə toqquşması perspektivlərinin yekun  diaqnozunu formalaşdırmaq missiyasını öz üzərimə götürmək istəməzdim. Buna görə də KİV-in səsləndirdiyi diaqnoza (28.05.20) müraciət edək: “Kolossal stimullaşdırma tədbirlərinə baxmayaraq, Amerikanın real ÜDM-i gözlənildiyi kimi, 2020-ci ilin ikinci kvartalında 39,6% və ilin yekunları üzrə 5,6% azalacaq. Bütün bunlar əlverişsiz həqiqət ilə izah olunur: həyata keçirilən monetar və büdcə tədbirlərinin əksəriyyəti yalnız pul axınları ilə bağlı müvəqqəti problemləri həll edir. Dünya biznes və məşğulluq modelini dəyişməli, pandemiyadan sonrakı dövr üçün onları yeni alətlərlə təchiz etməlidir, bundan ötrü isə yerli, milli və qlobal səviyyələrdə miqyaslı investisiyalar tələb olunur” - Endrü Şen, Çao Gen. Çin ilə əməkdaşlıq etməlimi, yoxsa əziyyət çəkməli.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti