Yeni Azərbaycan Partiyasının VII qurultayı. president.az
Qurultay ərəfəsində cəmiyyətdə növbədənkənar qurultayın keçirilməsinin səbəbləri və onun gündəliyi haqqında mühakimələr başlamışdı. Hakim partiya adlanmağa iddia edən partiyanın öz mühüm toplantısını gizlilik şəraitində keçirməsi qəribə idi və qəribə olaraq qalır.
Kənar gözlərdən uzaq yarımqapalı məkanda keçirilən qurultayın nəticələri partiyanı və qurultay təşkilatçılarının niyyətlərini bürüyən məxfilik pərdəsinə heç cür haqq qazandırmır. Gözdən düşmüş və düşməmiş “keçmiş” yüksək vəzifəli məmurlar və deputatlar – Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, prezidentin keçmiş köməkçisi Əli Həsənov, keçmiş deputat Siyavuş Novruzov və digərləri, ümumilikdə 84 yüksək vəzifəli YAP-çı YAP-ın rəhbər heyətindən çıxarılıb.
Siyasi Şura ləğv edilib, amma eyni zamanda parlamentin keçmiş vitse-spikeri, sadiq Heydərçi Arif Rəhimzadənin rəhbərliyi altında Veteranlar Şurası yaradılıb. Partiyanın İdarə Heyəti üzvlərinin sayı iki dəfə - 40 nəfərə qədər artırılıb. Rəhbər sıralara yeni, daha gənc qüvvələr gətirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın sədr müavini mövqeyindən partiyanın 1-ci sədr müavini vəzifəsinə yüksəldilməsi diqqətəlayiq mühüm hadisə olub, bu, onun icra hakimiyyəti iyerarxiyasındakı yerinə uyğundur. Ümidləri doğruldan baş nazirin müavini Əli Əhmədov partiyanın sədr müavini vəzifəsində qalıb. Qüsursuz hesabdar, Dövlət Statistika Komitəsinin rəhbəri, 1999-cu ildən YAP-ın Siyasi Şurasına üzv olan 56 yaşlı Tahir Budaqov yeni sədr müavini olub.
Qurultayın yarımməxfi xarakteri Prezident Administrasiyası tərəfindən müyyən edilib, onun üçün YAP təşviqat xarakterli hansısa tədbirlərin keçirilməsi üçün bir növ ictimai platforma, eyni zamanda hakimiyyətin üç qolunun – başdan-başa YAP üzvlərindən ibarət olan, partiya mənsubiyyəti yalnız yüksək kabinetlərə vizit kartı olan icra, qanunverici və məhkəmə hakimiyyətlərinin bir-birinə formal olaraq da olsa uyğun gəldiyi bir meydandır.
YAP demokratik mərkəzçilik partiyası deyil və parlamentdə say üstünlüyünə baxmayaraq, hökuməti və bütünlükdə hakimiyyəti formalaşdırmır. Bu üstünlük ali icra hakimiyyətinin fəaliyyətinin və siyasətinin nəticəsidir. Ona ilk növbədə prezident, ondan sonra YAP sədri olan İlham Əliyev rəhbərlik edir və partiyanın dövlətin ictimai-siyasi həyatındakı yerini bu müəyyən edir.
Partiyanın bu quruluş prinsipi 1991-ci ildə 91 keçmiş sovet funksioneri tərəfindən müəyyən edilib. Həmin vaxt əsas məqsəd sovet Azərbaycanının rəhbəri Heydər Əliyevi hakimiyyətə gətirmək idi. Yəni partiya konkret məqsəd üçün yaradılıb və 1993-cü ildə bu məqsəd həyata keçirilib, bundan sonra partiya Əliyevin ictimai dayağına çevrilib, onun baniləri isə hakimiyyətə gətirilib və ölkədə əsas təsir vasitələrini əldə edib.
Bir sıra siyasətçilərin – gözdən düşənlərin, etibarsızların, qocalanların hakim mövqelərdən getməsi nöqteyi-nəzərdən YAP-da hazırki dəyişikliklər qanunauyğun idi. Hakimiyyət olimpində İlham və Mehriban Əliyevlərin ittifaq tandeminin formalaşdığı bir şəraitdə bunun YAP-da əksini tapması Azərbaycanın siyasi hakimiyyət sisteminin quruluşunun möhkəmləndirilməsi nöqteyi-nəzərdən zərurətə çevrilmişdi. Amma ictimai və siyasi sistemlərin sinxronlaşdırılmasının yarımməxfi xarakteri bunun ardınca hakimiyyətin daha çox bir əldə cəmləşməsi və bu ictimai-siyasi quruluşda təsirli şəxslərin sayının azaldılması üzrə növbəti addımların atılacağını ehtimal etmək üçün əsas verir. Bu, ölkənin idarə edilməsini, habelə Əliyevlərin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsini asanlaşdırmalı və sadələşdirməlidir.
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Rəy yaz