ТАСС

ТАСС

Baş nazirlərinin çağırışından sonra insanlar bir neçə saat ərzində Yerevanın ən böyük meydanını – Respublika meydanını doldurublar. Oraya ən az 50 min nəfər gəlmişdi.

Paralel olaraq, Paşinyan tərəfdarlarının aksiyasından təxminən bir yarım – iki kilometr məsafədə, parlament binasının və prezidentin iqamətgahının yerləşdiyi Baqramyan prospektində əks-inqilabi qüvvələrin mitinqi keçirilib, bu aksiyada maksimum 5-6 min nəfər iştirak edib. Ermənistanın Azərbaycanla müharibədə məğlub olmasına baxmayaraq, onlar hələ də xalqın dəstəyinə nail ola bilməyiblər.

İnsanlar bu etiraz aksiyalarının kuklaoynadanlarının “köhnələr” - eks-prezidentlər Serj Sarkisyan və Robert Koçaryan olduğunu yaxşı bilirlər və buna görə müxalifətin ordunun məğlubiyyətinə görə “oxları Paşinyana çevirmək” cəhdləri uğur qazana bilmir.

Gallup İnternational Association-un (Gellap Beynəlxalq Assosiasiyası) Ermənistan nümayəndəliyinin fevralın 19-da keçirdiyi “Bu gün növbədənkənar parlament seçkilərinə ehtiyac varmı?” mövzusunda ictimai rəy sorğusu göstərib ki, indi seçkilər keçirilsəydi, rəyi soruşulanların 33,1%-i hakim “Mənim addımım” blokuna səs verərdi.

- “Çiçəklənən Ermənistan” – 4,4%;

- “Maariflənmiş Ermənistan” – 2,6%;

- Respublikaçılar Partiyası – 2,2%;

- DEİF (Daşnaksutyun Ermənistan İnqilab Federasiyası) – 2,2%;

- “Vətən” – 0,9%;

- “Respublika” Partiyası – 0,7%;

- “Sasna Tsrer” - 0,4%;

- “Vətəndaş seçimi” – 0,2%.

- “Orinats Erkir” - 0,1%;

- “Xristian-demokratik dirçəliş” – 0,1%;

- “Ermənistan qartalları” – 0,1%.

Respondentlər ayrı-ayrı siyasətçilərin, o cümlədən Robert Koçaryanın (5,6%) və Vazgen Manukyanın (0,9%) da adlarını çəkiblər.

- 27,2% “heç kimə” səs verməyəcək.

- 15,7% cavab verməyə çətinlik çəkib.

Beləliklə, rəyi soruşulanların təxminən 40%-i səs veriləcək bir namizəd olduğunu düşünmür.

Siyasi xadimləri 1 baldan 5 bala qədər (5 ən yüksək reytinqdir) qiymətləndirmək xahişinə vətəndaşlar aşağıdakı kimi cavab veriblər:

- baş nazir Nikol Paşinyan - 2,8 bal;

- prezident Armen Sarkisyan – 2,3 bal;

- birinci prezident Levon Ter-Petrosyan - 1,7 bal;

- ikinci prezident Robert Koçaryan – 2 bal;

- üçüncü prezident Serj Sarkisyan – 1,7 bal;

- “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan – 2,2 bal;

- “Maariflənmiş Ermənistan” Partiyasının lideri Edmon Marukyan - 1,8 bal;

- “Vətən” Partiyasının lideri Artur Vanetsyan - 1,5 bal;

- “Vətənin xilası hərəkatı”nın lideri Vazgen Manukyan və EİF (Ermənistan İnqilab Federasiyası), “Daşnaksutyun”un nümayəndəsi İşxan Saqatelyan - hər biri 1,6 bal.

Bu zaman 38,8% hesab edir ki, Paşinyan baş nazir vəzifəsində qalmalıdır.

- 43,6% hesab edir ki, o, istefa verməlidir (2020-ci il noyabrın 13-də keçirilmiş sorğu zamanı 35% baş nazirin istefasını tələb edirdi).

- 17,6% cavab verməyə çətinlik çəkib.

“Qarabağ müharibəsində məğlubiyyətin təqsirkarı kimdir?” sualına cavabda rəyi soruşulanların 32%-i əvvəlki hakimiyyəti əsas təqsirkar adlandırıb. 28,8% Nikol Paşinyanın və hazırki hökumətin adını çəkib. 16,1% Türkiyəni və onun Azərbaycana hərbi dəstəyini göstərib. 4,4% təqsirkar kimi Ermənistan Müdafiə Nazirliyinin və Qarabağ Müdafiə Ordusunun ayrı-ayrı zabitlərinin adını çəkib.

Respondentlərin 10,2% hesab edir ki, Ermənistan və “Arsax” uduzmayıb. 19% başqa səbəblər göstərib. 7,7% cavab verməyə çətinlik çəkib.

“Qarabağ məsələsində Ermənistan nəyə can atmalıdır?” sualına 30,7% cavab verib ki, Şuşa və Xocavənd (Hadrut) və 7 rayon qaytarılmalıdır (sentyabrın 26-da olan vəziyyətə qayıdış).

- 27,7% hazırki vəziyyətin mövcud sərhədlər çərçivəsində sabitləşməsini göstərib;

- 20,2% qeyd edib ki, təkcə Şuşa və Xocavənd (Hadrut) qaytarılmalıdır;

- 3,1% qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü tanınmalı, “Arsax” təhvil verilməli və münaqişəyə son qoyulmalıdır.

Təxminən 10% başqa variantlar göstərib. 8,2% cavab verməyə çətinlik çəkib.

Hazırki vəziyyətdə parlament seçkiləri keçirilməsini rəyi soruşulanların:

- 37,1%-i “birmənalı olaraq zəruri”;

- 21,3%-i yəqin ki, zəruri;

- 13,6%-i yəqin ki, lüzumsuz;

- 19,7%-i ümumiyyətlə lüzumsuz hesab edir.

Vaxtından əvvəl seçkilər keçirilməsi formatına gəlincə, 41,2% hesab edir ki, seçkilər Nikol Paşinyanın rəhbərliyi altında keçirilməlidir. 28,2% seçkiləri Paşinyanın keçirməməsinin tərəfdarıdır.

7,9% seçkilərin müxalifətin təklif etdiyi müvəqqəti hökumətin rəhbərliyi altında keçirilməsinin lehinə fikir bildirib. 8,9% isə başqa variantlar göstərib. 14% suala cavab verməyə çətinlik çəkib.

Rəyi soruşulanların 28,2%-i Paşinyanın vaxtından əvvəl seçkilər keçirilməməsi qərarı ilə “tamamilə razıdır”. 11,7% bununla “əsasən razıdır”.

15,9% baş nazirin bu qərarı ilə “əsasən razı deyil”. 35% bu qərarla “tamamilə razı deyil”. Respondentlərin 9%-dən çoxu cavab verməyə çətinlik çəkib.

Beləliklə, Paşinyanın məşhurluğunun azalmasına baxmayaraq, müxalifətin reytinqi onun və onun tərəfdarlarının blokundan dəfələrlə aşağıdır. Məhz bu səbəbdən ordu rəhbərliyinin qiyamı uğursuzluğa düçar olub. Paşinyana müxalifətdən dəfələrlə çox insan dəstək verir. Onlar Paşinyana qarşı nə qədər tənqidi əhval-ruhiyyədə olsalar da, “köhnələrə” daha pis yanaşırlar və heç bir halda onların hakimiyyətə qayıtmasını istəmirlər. Məhz buna görə Ermənistanda öz marağı olan Moskva müxalifəti dəstəkləməyə risk etməyib, bütün bunların Ermənistanın daxili işi olduğu barədə bəyanatla kifayətlənib, qiyamçı generallar isə tankları küçələrə çıxarmağa cürət etməyiblər. Ermənistan müxalifəti öz qüvvəsindən əmin deyildi və çevrilişin alınacağına inanmırdı. Məsələ ondadır ki, qiyamçı generallar orduya zirehli texnikanı küçələrə çıxarmaq əmri versəydilər belə, bilavasitə şəxsi heyətlə işləyən baş zabitlərin və kiçik zabitlərin reaksiyası, çətin ki, birmənalı olardı. Onlar, çətin ki, generalların ardınca gedərdi, belə ki, müharibənin məhz onların təqsiri ucbatından uduzulduğundan əmindirlər.

Yalnız bu səbəbdən generallar ordunu Yerevan küçələrinə çıxarmağa cürət etməyiblər. Onlar başa düşüblər ki, ən yaxşı halda silahlı qüvvələrdə parçalanma baş verəcək – ordunun bir hissəsi Paşinyanın tərəfinə, digər hissəsi generalların tərəfinə keçəcək. Bu isə birbaşa təxminedilməz nəticələri olan vətəndaş müharibəsinə aparan yoldur. Bir sözlə, dəstək tapmayan generallar risk etməmək qərarına gəliblər və geri çəkiliblər.

Bu, o deməkdir ki, hərbi çevriliş təhlükəsi yan keçib (ən azından hələlik), vəziyyət Paşinyanın xeyrinə formalaşır. Xalq ona alternativ görmür. Növbəti hərbi çevriliş cəhdi baş verərsə ölkədə vətəndaş qarşıdurması qaçılmaz olacaq – Paşinyan hakimiyyəti verməyəcək.

Maraqların toqquşma meydanı

Rusiyadan başqa, indi Fransanın və ən əsası, Amerikanın erməni diasporu fəal şəkildə Ermənistandakı hadisələrə qoşulub.

Amerikanın erməni diasporunun ABŞ-ın vitse-prezidenti Kamala Harrislə kifayət qədər sıx əlaqələri var. Buna görə vəziyyət Rusiya üçün tamamilə gözlənilməz şəkildə dəyişə bilər. Və onda daha Qərbyönlü, Amerikayönlü insan Ermənistanın baş naziri ola bilər.

Həmçinin, Birləşmiş Ştatların Ermənistana və baş nazir Paşinyana təsir göstərmək üçün Rusiyadan daha çox maliyyə vasitəsi olduğunu da unutmamaq lazımdır.

Daha bir mühüm aspekt var – mənəvi-psixoloji aspekt. Ermənistanda müharibə zamanı Putinin və bütünlükdə Rusiyanın mövqeyini satqınlıq kimi qəbul ediblər. Buna görə Moskva indi, güclü emosional stresdən sonra ermənilərin Rusiyanın xeyrinə seçim edəcəyinə ümid etməməlidir.

İndi Putinin Paşinyan barədə öz şəxsi mənfi rəyi, onu qəbul etməməsi ilə öz-özünü aldada bilməsi riski ortaya çıxır. Gördüyümüz kimi, Ermənistan Qərb və Rusiyanın maraqlarının toqquşduğu meydana çevrilir.

Artıq deyildiyi kimi, Paşinyanın alternativi yoxdur. Kremldə bunu başa düşürlər və tədricən geri çəkiləcəklər.

Aydındır ki, Paşinyanı çevrilişlə təhdid edən Baş Qərargah rəisi Onik Qasparyan vəzifədən kənarlaşdırılacaq. Onun hökuməti devirmək şansı, demək olar ki, yoxdur.

Müxalifəti zərərsizləşdirən Nikol Paşinyan Robert Koçaryanı və Serj Sarkisyanı həbsə göndərəcək. Onik Qasparyanın həbsi də istisna deyil.

Çox güman ki, Paşinyan inqilabçı qüvvələri zərərsizləşdirdikdən sonra Ermənistanın heç vaxt olmadığı qədər ehtiyac duyduğu real dövlət quruculuğuna başlayacaq.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti