yenisafak.com
Diyarbakırdan sonra Şimali Kipr Türk Cümhuriyyətinə edilən səfər siyasi çizgidəki loyal yanaşmadan milliyyətçi-mühafizəkar çizgiyə kəskin dönüş xarakteri daşıdı.Yanvardan bəri yazırıq: Oğuzhan Asiltürkün vasitəsiylə mühafizəkar siyasətin radikal qanadı tamamiilə təsirsiz hala gətirilərək AKP içində əridilməyə çalışılarkən Asiltürkün də Şimali Kiprə gedən heyətdə yer alması niyyəti tamamilə açıq şəkildə ortaya qoyur.
Beləliklə,Türkiyənin Kipr siyasəti daxildə də çox ciddi siyasi faktor halına gətirilmək istənilir: MHP-nin adadakı adamı (baş nazirin müavini Arıklı) dövlətin adının dəyişdirilməsini gündəmə gətirir (Şimali Kipr Türk Dövləti), 1974-dən bəri Kiprə qoşun çıxarmaq məsələsinin sonuncu “fəth” kimi xarakterizə edən siyasi islam isə 87 yaşlı Asiltürk üzərindən (1974 hərbi əməliyyatına dair qərarı qəbul edən koalisiya hökumətinin daxili işlər naziri idi) Türkiyədəki tərəfdarlarına “birlik və bərabərlik” görüntüsü verir.Siyasi islamın baxımından işin başqa bir maraqlı tərəfi AKP lideri və dövlət başçısının Nikosiyanın Türk bölgəsində Əfqanıstanda hakimiyyəti ələ keçirməyə hazırlaşan radikal islamçı qrupa dair verdyi açıqlama idi: ”Türkiyə, Talibanın inanışlarının əksinə bir mövqedə deyildir. Bir-birimizi daha yaxşı anlaya biləcəyimizə inanıram.”
Bu sözlərdən həm xarici həm də daxili siyasət üçün təxminən eyni məqsədə xidmət edən mənalar çıxarıla bilər: daxili siyasət üçün şərh ediləndə Türkiyə dövlət başçısının sözləri radikal islamçı qruplar da daxil olmaqla mühafizəkar təbəqəni ən geniş zəmində konsolidasiya etmək hədəfi vardır; xarici siysət baxımından bu sözlər təkcə Talibana yox həm də Katara, Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə ünvanlanmışdır: yəni, sünni islamın lideri iddiasındakı bir şəxsiyyət kimi Taliban ilə razılığa gəlməməyim üçün heç bir ciddi səbəb ola bilməz. Bu mesajdan bir pay da ABŞ-a və NATO-ya gedir ki, Kabil aeroportunun təhlükəsizliyini təmin etmək üçün Türkiyənin etdiyi təşəbbüsü səktəyə uğratmasınlarTaliban məsələsini mənə Ankaraya həvalə etsinlər.
Türkiyə dövlət başçısının Talibana dair açıqlaması sekulyarlığı müdafiə edən müxalifətin mənfi reaksiyasına səbəb olarkən,Taliban rəhbərliyin sözçüsü işi daha irəliyə apararaq Ankaranın qabağına öz şərtlərini qoydu: TRT Arabiya kanalına müsahibə verən Zabihullah Mücahid,Türkiyə ilə yaxşı münasibətlərdə olmaq istədiklərini bildirsə də irəli sürdüyü şərtləri Ankaranın qəbul edib-etməyəcəyi məchuldur.
Əfqanıstan probleminin həllinin islamın qaydalarını radikal şəkildə həyata keçirməkdən asılı olduğuna diqqəti cəlb edən Mücahid, Türkiyəni də bu yola dəvət edir: “Türkiyənin öz keçmişi bi tərəfə qoyub bu günə və gələcəyə baxmasını istəyirik.Ondan sonra dialoq arzu edə bilərik.” Yəni,-deyir ki,Talibanın mətbuat katibi, - Türkiyə öz sekulyar sistemindən vaz keçib gələcəyə bizimlə eyni pəncərədən baxsa,söhbət edə bilərik.
Bu təklif AKP iqtidarını küncə sıxışdırır yoxsa əlini gücləndirir? Bunu çox uzaq olmayacaq gələcədəki proseslər göstərəcək (Əfqanıstanda radikal islamçı rejimin qurulması üçün Katarda dialoqların davam etdirildiyini də unutmamaq lazımdır). Əfqanıstan probleminin həlli üçün Türkiyə qabağa düşüb İstanbulda sülh konfransı təşkil etmək istəyir (Suriyanın parçalanmasına dəstək verən 100 ölkənin 2012-ci ilin aprelində təşkil etdiyi “Suriynın dostları” konfransını çox yaxşı xatırlayıram) Taliban bunu qəbul etsə də başda Kabil aeroportunun təhlükəsizliyinin təmin edilməsi olmaqla bir çox digər məsələyə kənardan müdaxiləni “Əfqanıstanın daxili işlərinə qarışmaq” kimi qiymətləndirir.
Həm də bəri başdan.Bu durumda Türkiyənin Əfqanıstanda olma ümidləri hələ işarmadan tükənmiş olmurmu? Əməkdaşlıq üçün Taliban dini rejim istəyirsə, Ankara bunu necə reallaşdıracaq? Fərziyyə kimi deyək ki, dini rejimə keçildi, Taliban “xarici müdaxilə”dən dəm vurursa,hansı şərtlərdə o mövqeyindən vaz keçəcək?
Görünən mənzərə indiki durumu bu şəkildə proqnozlaşdırmağa imkan verir: növbəti seçki ərəfəsində iqtidar partiyası radikal islamçı və xilafətçi söyləmlərə güc verəcək və bunu edərkən Əfqanıstandakı rejimlə münasibətlər yaratmaq cəhdlərindən vaz keçməyəcək. Bu cəhdlərin islamçı təbəqənin əhvali-ruhiyyəsini daha da itiləməsi və seçki qutularında dividentə çevirməsi üçün heç bir şeydən qaçınılmayacaq. Çünki iqtisadi göstəricilərin ürək açıcı olmadığı dönəmlərdə ideoloji təbliğatın ön plana çıxması qaçınılmaz olur.İqtidarı qeydsiz-şərtsiz dəstəkləyən Türk milliyyətçisi partiya (MHP) bu dərəcədə kəskinləşən islamlaşmaya nə deyər. Bunu soruşursunuz, deyilmi? Heç nə deməyəcək, buna böyük ortaq çoxdan əmindir.
Yaxşı, dünyəvi dövlətdən vaz keçmə cəhdi ortaya çıxsa, kiçik ortaq buna nə deyəcək?
Türk milliyyətçisi partiyanın buna da qarşı çıxmayacağını təxmin edirəm.
Türkiyə ən böyük sıxıntısı da bu nöqtədə yaşayacaq.
O biri tərəfdə ana müxalifət lideri dünyanın böyük dövlətlərinə “İqtidara biz gəlirik, Türkiyədən çəkinməyin”- deyə müraciət edir.
Əfqanıstanın xəritədəki yeri hansı bölgədə idi, əcəba?
Mayis Əlizadə
Rəy yaz